Satış meneceri
- Kateqoriya: Tibb və Sağlamlıq
- Son tarix: 24.07.2026
- Bakı
Vəzifə Öhdəlikləri: • Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların satışını təşkil etmək və həyata keçirmək; • Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək; • Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək; • Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq; • Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq; • Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq; • Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək. İş şəraiti: • Əmək haqqı: 600-1300 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir) • İş rejimi: I-V günlər - 09:00-18:00. • Peşəkar inkişaf imkanları və komandada iş mühiti. Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Tələblər
• Ali təhsil (biomühəndislik və ya tibb ixtisası üzrə tələb olunur ); • Tibbi biliklərə və ya tibb sahəsində təcrübə; • Xarici dil biliyi (İngilis dili və rus dili); • Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə; • Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı; • Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.
Müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.
Bənzər Vakansiyalar
-
Alış Meneceri
- AzəriMed MMC
- Bakı
- 1 day ago
700 - 900 AZN -
Sürücü
- AzəriMed MMC
- Bakı
- 3 days ago
740 - 800 AZN -
Anbar işçisi
- AzəriMed MMC
- Bakı
- 3 days ago
600 - 650 AZN
