Vakansiya Detalları

AzəriMed MMC

Vakansiya Məlumatları

  • Ünvan Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
  • Maaş 700 - 1,160 AZN
  • İş növü Tam iş günü
  • Təcrübə Senior
  • Təhsil • Ali təhsil
  • Son tarix 01.10.2026
  • Baxış sayı 14

Şirkət haqqında

Bakı

Vebsayt

İnsan Resursları üzrə Mütəxəssis

  • Kateqoriya: Tibb və Sağlamlıq
  • Son tarix: 01.10.2026
  • Bakı

Vəzifə öhdəlikləri: • Əmək qanunları və standartlarını tətbiq etmək, işçi və işəgötürən arasında müqavilələrin qanunvericiliyə uyğun olmasını təmin etmək; • İşçilərlə əmək müqavilələrinin hazırlanması, yenilənməsi və sonlandırılması proseslərini idarə etmək; • İşçinin əmək haqqı və işə davamiyyət qeydlərində lazımi düzəlişlərin edilməsi; • Rəsmi əmrlərin (məzuniyyət, ezamiyyət, təyinat və s.) hazırlanması, təsdiqlənməsi və imzalanması; • Məzuniyyət dövrlərini müvafiq sistemlərdə qeydiyyata almaq; • Portalda aparılan bütün əməliyyatların dəqiq və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi; • Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və bu məlumatların iş prosedurlarına və siyasətlərinə inteqrasiyası. İş şəraiti: • İş qrafiki: 08:30 – 17:30 (B.e. – Cümə) • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11 Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Tələblər

• Ali təhsil; • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür); • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək; • Kadr sənədləşməsi və HR prosesləri üzrə təcrübə; • MS Office, 1C, ISB, ƏMAS və Elektron Hökumət sistemləri ilə işləmək bacarığı; • Analitik düşünmə və effektiv ünsiyyət bacarığı; • Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.

Müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Bənzər Vakansiyalar