Təmizlik işləri üzrə supervayzer

20 Fevral 2020

Təmizlik işləri üzrə supervayzer ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Pak dad group
Şəhər Bakı
Kateqoriya: Administrasiya və idarəetmə
E-mail:

İş barədə məlumat:

Şirkətimiz “Pak Dad Group” brendi adı altında 4 Pakdad restoranı, Manqal, Express Steak, Kükü, Nargilə, Kabab Dünyası, 7 fastfood və BalBadəm şirniyyat evləri ilə artıq 12 ildir xidmətinizdədir. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.

Vakansiya: Təmizlik işləri üzrə supervayzer

İş şərtləri:

İş qrafiki: Həftədə 6 gün
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Vəzifə öhdəlikləri:

▪ Təmizlik işçilərinin davamiyyətinin yoxlanılması;
▪ Restoranların və bütün obyektlərin təmizlənməsinə nəzarət edilməsi;
▪ Daxil olan şikayətlər ilə əyani olaraq tanış olmaq və dərhal yaranmış problemin aradan qaldırılması;
▪ Müntəzəm olaraq bütün obyektlərin təmizliyinin yoxlanması və təmizlik işçilərinin işinə nəzarət edilməsi;
▪ Təmizlik maddələri və materialları anbarına nəzarət edilməsi;
▪ Aşkar olunan çatışmamazlıqlar barədə rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq;
▪ Təmizlik maddələri və materiallarının qənaətlə və düzgün istifadə edilməsinə nəzarət edilməsi;
▪ Aylıq olaraq anbar qalığının çıxarılması və restoran rəhbərinə siyahının verilməsi;
▪ Yeni gələn təmizlik işçilərinə formanın təhvil verilməsinə nəzarət edilməsi;

Tələblər :

▪ Ali təhsilli.
▪ Qadın namizəd, yaş 30-45.
▪ Təmizliyə nəzarət və idarəetmə sahəsində 3 ildən çox təcrübə;
▪ Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yaxşı bilməli;
▪ Güclü ünsiyyət və idarəetmə qabiliyyətləri;
▪ Açıq fikirli və nitq qabiliyyətli;
▪ Liderlik, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Bilməlidir:

 Döşəmə örtüyünün müvafiq üsul və uyğun maddələrlə təmizlənməsi normalarını.
 Ofis mebelləri və avadanlıqlarının təmizlənməsi, dezinfeksiya olunması normalarını.
 Mətbəxin və mətbəx əşyalarının təmizlənməsi norma və qaydalarını.
 Sanitar qovşaqlarının təmizlənməsi və dezinfeksiya olunması norma və qaydalarını.
 Təmizlikdə istifadə olunan kimyəvi maddələrin tərkibini və xarakteristikasını.

“Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Təmizlik işləri üzrə supervayzer” qeyd etməklə **@p*****.az" href="mailto:**@p*****.az">**@p*****.az email ünvanına göndərə və ya 051-235-52-34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd: Yuxarıda qeyd edilən tələblərə cavab verməyən şəxslərin CV-nə baxılmayacaqdır.

Açar sözlər:

#üzrə   #group   #pak   #təmizlik   #işləri   #dad   #supervayzer  

Oxşar vakansiyalar

Yeni iş elanları

Veb dizayner

Veb dizayner

ə/h qeyd olunmayıb
Müxtəlif