Vakansiya

Pərakəndə və rəqəmsal bankçılıq üzrə baş mütəxəssis

29 İyun 2020

Pərakəndə və rəqəmsal bankçılıq üzrə baş mütəxəssis ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Şəhər Bakı
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: International bank of azerbaijan
Kateqoriya: Müxtəlif
E-mail:

İş barədə məlumat:

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Tranformasiya Ofisi Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

 Pərakəndə və Rəqəmsal bankçılıq üzrə strateji təşəbbüslərin həyata keçirilməsi məqsədilə müvafiq struktur bölmələrə koordinasiya, təcrübə, ideya və məzmün dəstəyi vermək;
 Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan baryerləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
 Zərurət olduqda, müəyyən təşəbbüslərin həyata keçirilməsi məqsədilə məsləhətçilərin dəvət edilməsini təmin etmək;
 Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
 Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq;
 Transformasiya proqramının Pərakəndə və Rəqəmsal bankçılıq istiqaməti üzrə ümumi inkişaf gedişatına dair hesabatlar hazırlamaq və kommunikasiyasını həyata keçirmək

Bizim üçün ideal namizəd:

 İqtisadiyyat və bənzər istiqamət üzrə ali təhsili olan;
 Məhsulların yaradılması, Satışlar və ya Elektron bankçılıq istiqaməti üzrə ən azı 3 il iş təcrübəsi olan;
 İngilis və Rus dillərində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
 Yüksək motivasiya və əla kommunikasiya bacarıqları olan;
 Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı olan bir şəxsdir

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi c*********************[email protected]***.az" href="mailto:c*********************[email protected]***.az">c*********************[email protected]***.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Pərakəndə və Rəqəmsal Bankçılıq üzrə baş mütəxəssis")

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: http://www.ibar.az”>www.ibar.az

Açar sözlər:

#baş   #və   #international   #pərakəndə   #mütəxəssis   #üzrə   #bankçılıq   #bank   #azerbaijan   #rəqəmsal  
Şikayət

Oxşar vakansiyalar

“PAŞA Sığorta” ASC namizədləri İstedadların cəlb edilməsi üzrə mütəxəssis/ baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: • Digə...

07 İyul 2020

“City finance” Bank Olmayan Kredit Təşkilatı Lombard kreditləri üzrə mütəxəssis Tələblər: - 25 - 35 yaş- Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)- Mü...

07 İyul 2020

Korporativ xidmət bölməsi üzrə mütəxəssis (müvəqqəti) Ümumi məlumat Kapital Bank namizədləri Korporativ xidmət bölməsi üzrə mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü o...

06 İyul 2020

Azərbaycan Beynəlxalq Bankı Daxili nəzarət departamentinin Əməliyyatlara xarici nəzarət şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fər...

30 İyun 2020

Azərbaycan Beynəlxalq Bankı Kiçik və orta sahibkarlarla iş departamentinin Biznes kreditlərin təhlili şöbəsinə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis (Loan Underwriter) vakansiyal...

29 İyun 2020

SƏTƏM üzrə baş mütəxəssis İş barədə məlumat - İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi, giriş təlimatlarının aparılması və bu barədə rəhbərliyə, işçilər...

18 May 2020

Yeni iş elanları

Lead Civil Engineer / Project Manager Job Description AZENCO OJSC is seeking a qualified ...

1C JUNIOR SOFTWARE DEVELOPER AND SUPPORT SPECIALST AND 1C SENIOR SOFTWARE DEVELOPER About...

LEADING SOFTWARE DEVELOPER/TEAM LEAD About us RSM’s Technology & Management Consultin...

Birbaşa satış qrupunun mütəxəssisi Vəzifə öhdəliyi: • Plan üzrə tapşırıqların yerinə yeti...

- Kargüzarlığın (sənədləşmənin) aparılması - Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə...

BUSINESS CONSULTANT POSITIONS About us RSM’s Technology & Management Consulting unit ...

“Bəyaz quru təmizləmə” - sürücü-ekspeditor İş barədə məlumat - Sifarişlərin təlimatlara uy...

MARKETOLOQ Əmək haqqı: 800-1000 AZN.  İş barədə məlumat - Bazardakı trendlərin, rəqi...

Şirkət haqqında:  1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən art...

- Qida istehsalı avadanlığının texniki vəziyyətinə və təhlükəsiz istifadəsinə nəzarət etmək - ...