Vakansiya

Mühasibatlıq şöbəsinin rəhbəri

29 İyun 2020

Mühasibatlıq şöbəsinin rəhbəri ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Şəhər Bakı
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Paşa sığorta
Kateqoriya: Müxtəlif
E-mail:

İş barədə məlumat:

“PAŞA Sığorta” ASC namizədləri Mühasibatlıq şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi və müvafiq əməliyyatlar üzrə Mühasibat Uçotu Proqramında (MUP) müxabirləşmələrin yoxlanılması;
• Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, mədaxili, silinməsi, satışı üzrə əməliyyatların uçotuna, amortizasiya ayırmalarının hesablanmasına və MUP-nin müvafiq moduluna işlənməsinin təmin edilməsi;
• Şirkətin işlərinin aparılması xərcləri hesablama metodu yolu ilə aylıq hesablanması, malsatan və podraçılarla hesablaşmalara, o cümlədən avans əsasında ödənilmiş xərclərin uçotuna nəzarət edilməsi və əməliyyatların MUP-yə işlənilməsinin təmin edilməsi;
• Məzənnə fərqindən yaranan gəlir/xərclərin düzgünlüyünün təmin edilməsi;
• Təhtəlhesab şəxslərlə hesablaşmalara nəzarət edilməsi, avans hesabatlarının və təsdiqedici sənədlərin düzgünlüyünün yoxlanılması və əməliyyatların MUP-yə işlənməsinə nəzarət edilməsi;
• İnvestisiya modulunun mühasibatlıq qeydlərinə inteqrasiyasını təmin etmək və MUP-yə işlənməsinə nəzarət edilməsi və faizlərin vaxtında ödənilməsinin təmin edilməsi;
• Mal-material qiymətlərinin inventarizasiya prosesində rəhbərlik etdiyi şöbənin iştirakının təmin edilməsi və nəticəsi barədə müvafiq tədbirlərin görülməsi;
• Ezamiyyə xərclərinin hesablanmasının təmin edilməsi, uçotunun aparılması və MUP-yə işlənməsinə nəzarət edilməsi;
• Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək, Şirkətin fəaliyyətində tətbiq olunasına əmin olmaq və Şirkətin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
• Vergi öhlədiklərinin tam, düzgün və zamanında formalaşmasını təmin etmək və vergi öhdəliklərinin / xərclərinin optimallaşdırılması istiqamətində işlər aparmaq;
• Hesabatların və maliyyə təhlillərinin əhatəli və zamanlı aparılması üçün uçot sisteminin/əməliyyatlarının operativliyini və müvafiq məlumatlar ilə zənginləşdirilməsini təmin etmək;
• Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Maliyyə, mühasibat uçotu və ya iqtisadi ali təhsil;
• MUP və MS Office üzrə qabaqcıl istifadə bilikləri;
• Mühasibat, vergi və əmək məcəlləsi, sığorta qanunvericiliyi üzrə dərin bilik və təcrübənin olması;
• Dil bilikləri: Azərbaycan, rus dillərini sərbəst, ingilis dilini orta səviyyədə bilməli.

TƏCRÜBƏ

• Sığorta sahəsində mühasib kimi ən azı 3 il iş təcrübəsi;
• Maliyyə sahəsində (sığorta xaric) ən azı 4 il iş təcrübəsi;

BACARIQLAR

• Peşəkar səviyyədə yazılı və sifahi ünsiyyət bacarığı;
• MUP və MS Office üzrə qabaqcıl istifadə bacarıqları;
• Ünsiyyət qurmaq bacarığı;
• Təşəbbüskar;
• Diqqətlilik;
• Məsuliyyətlilik;

Son müraciət tarixi: 15 iyul 2020-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi r*********[email protected]**************.az" href="mailto:r*********[email protected]**************.az">r*********[email protected]**************.az ünvanına göndərin.

Açar sözlər:

#mühasibatlıq   #paşa   #şöbəsinin   #sığorta   #rəhbəri  
Şikayət

Oxşar vakansiyalar

Help-Desk Sığorta Tələblər:  - Sığorta sahəsində ən az 2 il ( sığorta əməliyyatlarının aparılmasında) təcrübəsi olmalı;- 1C və İnsure.Az proqramlarında administrator kimi çalışa bilməl...

15 İyul 2020

“PAŞA Sığorta” ASC namizədləri İstedadların cəlb edilməsi üzrə mütəxəssis/ baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: • Digə...

07 İyul 2020

“PAŞA Sığorta” ASC namizədləri Vergi üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: • AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver...

03 İyul 2020

“PAŞA Sığorta” ASC namizədləri “İnvestisiyaların idarə olunması üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: • Şirkətin inve...

03 İyul 2020

“PAŞA Sığorta” ASC namizədləri Hesabatlıq şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR: • Şirkətin Maliyyə Hesabatlarının Be...

03 İyul 2020

“BakıSığorta” ASC 500 AZN • Şəhər: Bakı• Yaş: 22 - 35 yaş• Təhsil: Ali• İş təcrübəsi: 1 ildən 3 ilə qədər• Elanın tarixi: İyul 02, 2020• Bitmə tarixi: avqust 02, 2020• Əlaqədar ...

02 İyul 2020

Yeni iş elanları

Social Media Manager Responsibilities • Create and manage a variety of high-quality conte...

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən...

- İş qrafiki həftənin 6 günü saat 9:00dan-18:00dək - Bazar günü istirahət - Nahar şirkət tərə...

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yar...

Lead Civil Engineer / Project Manager Job Description AZENCO OJSC is seeking a qualified ...

1C JUNIOR SOFTWARE DEVELOPER AND SUPPORT SPECIALST AND 1C SENIOR SOFTWARE DEVELOPER About...

LEADING SOFTWARE DEVELOPER/TEAM LEAD About us RSM’s Technology & Management Consultin...

Birbaşa satış qrupunun mütəxəssisi Vəzifə öhdəliyi: • Plan üzrə tapşırıqların yerinə yeti...

- Kargüzarlığın (sənədləşmənin) aparılması - Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə...

BUSINESS CONSULTANT POSITIONS About us RSM’s Technology & Management Consulting unit ...