İnzibati strukturun direktoru

14 Fevral 2020

İnzibati strukturun direktoru ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Afb bank
Şəhər Bakı
Kateqoriya: Administrasiya və idarəetmə
E-mail:

İş barədə məlumat:

AFB Bank İnzibati Strukturun direktoru vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Direktor
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Təchizat prosesinə, kargüzarlıq və arxiv işinə aid olan qanunvericilik və qaydaları bilməli;
• Müvafiq sahə üzrə ən az 4 il iş təcrübəsi;
• Azərbaycan dili (Rus və İngilis dilini bilənlərə üstünlük verilir );
• Ofis proqramları ilə işləmək bacarığı;
• Təchizat sistemləri ilə tanışlıq və tətbiq etmə qabiliyyəti;
• Yüksək dərəcəli layihələri idarə etmə, menecment bacarıqları;
• Ayrılmış maliyyəyə qənaətetmə strategiyası haqqında biliklərə sahib olmaq;
• Təchizat və müqavilə menecmenti haqqında korprativ biliklərə sahib olmaq;
• Biznes proseslərinin yenidən qurulması ilə bağlı əvvəlki təcrübə;
• Analitik düşünmə və təhliletmə qabiliyyəti;
• Dəqiq planlaşdırma, ciddi nəzarət etmək qabiliyyəti;

İŞİN TƏSVİRİ:

• Bankın ehtiyaclarına uyğun tenderlərin təşkil edilməsi;
• Satınalma sənədləri və müqavilələri üzrə işin təşkil edilməsi;
• Potensial yeni tədarükçülərin araşdırılması və müəyyənləşdirilməsi, mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
• Tədarükçü şirkətlərlə işgüzar əlaqələrin yaradılması və danışıqların aparılması.
• Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
• Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq;
• Şirkət daxili xərcləri səmərəli şəkildə idarə etmək məqsədilə standartların, siyasət və prosedurların inkişaf etdirilməsi və həyata keçirilməsi;
• Struktur bölmənin fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
• Bankda kargüzarlıq və arxiv işinin qaydalara uyğun təşkili və aparılmasına nəzarətin həyata keçirilməsi;
• Rəhbərlik üçün inzibati hesabatların hazırlanması və təqdim olunması;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnzibati Strukturun direktoru” qeydi edərək **@a**.az" href="mailto:**@a**.az">**@a**.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Açar sözlər:

#direktoru   #strukturun   #afb   #inzibati   #bank  

Oxşar vakansiyalar

Yeni iş elanları

Bellboy

Bellboy

ə/h qeyd olunmayıb
Müxtəlif
Brend şef

Brend şef

ə/h qeyd olunmayıb
Müxtəlif