Biznes kreditlərinin təhlili şöbəsində mütəxəssis, aparıcı mütəxəssis

14 Fevral 2020

Biznes kreditlərinin təhlili şöbəsində mütəxəssis, aparıcı mütəxəssis ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Kapital bank
Şəhər Bakı
Kateqoriya: Maliyyə
E-mail:

İş barədə məlumat:

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank qanunvericiliyi barədə biliklər;
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində “Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis” qeyd etməklə CV-nizi r*********[email protected]**********.az" href="mailto:r*********[email protected]**********.az">r*********[email protected]**********.az ünvanına göndərin.

Açar sözlər:

#aparıcı   #bank   #təhlili   #şöbəsində   #mütəxəssis   #kreditlərinin   #kapital   #biznes  

Oxşar vakansiyalar

Yeni iş elanları

Bellboy

Bellboy

ə/h qeyd olunmayıb
Müxtəlif
Brend şef

Brend şef

ə/h qeyd olunmayıb
Müxtəlif