İş barədə məlumat: - Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili; - Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması; - Bank əməliyyatlarının (daxili və xarici) həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi; - Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması; - Debitor və kreditor borc üzrə hesabatların hazırlanması; - Əmək haqqının hesablanması; - İş qrafiki: bazar ertəsi - cümə (09:00-18:00), nahar 13:00-14:00; - Əmək haqqı - 600 azn; - AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə; - Ünvan: Zərifə Əliyeva küç., 111, Yeni Hayat Plaza. Namizədə tələblər; - Maliyyə – mühasibatlıq yönümlü ali təhsil; - Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi; - Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı; -Elektron hökümət portallarında işləmə bacarığı; - Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı; - Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən; - Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır; - İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı; - Yaş həddi: 25-35. Maraqlanan şəxslərdən cv-lərini “mühasib köməkçisi” başlığı altında [email protected] elektron ünvanına göndərməsi xahiş olunur. Qeyd: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur.