Müəssisə və təşkilatlarda kadr kargüzarlığının qurulması təlimi

Proqram hər dərs 1,5 saat olmaqla 16 dərsdən ibarətdir. Kadr kargüzarlığının qurulmasının ən xırda aspektlərinə qədər bütün mövzuları əhatə edir. Kadrların idarə olunması sahəsində çalışanların biliklərini təkmillşdirmək, eyni zamanda bu sahədə fəaliyyətə başlayanlar üçün çox səmərəli kursdur. Kursun proqramı 2011-ci ildən bugünədək təkmilləşdirilərək iştirakçılar üçün asan qavranılan və praktik olaraq əlverişli şəklə çatdırılmışdır. Təlimin formatına iştirakçıların xahişi nəzərə alınaraq dəyişiklik edilə bilər.

 

Mövzu 1. Kadr kargüzarlığı haqqında ilkin anlayış.

  1. Kadrların və insan resurslarının idarə olunması arasındakı fərq. Kadrlar üzrə mütəxəssisin vəzifə öhdəlikləri.
  2. Kadrlar üzrə mütəxəssisin müəssisə qarşısında daşıdığı məsuliyyət.  
  3. Kadr kargüzarlığında zəruri olan və ya hər bir müəssisənin profilindən asılı olaraq müəyyən hallarda zəruri sayılan sənədlər.
  4. Kadr fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarla tanışlıq.
  5. Kadr auditi.
  6. E-GOV.AZ haqqında ümumi məlumat. Asan və elektron imzalar.
  7. Praktik məşğələ.

 

Mövzu 2. Müəssisənin strukturu ilə tanışlıq.

  1. Təşkilati-struktur nə deməkdir?
  2. Struktur bölmələr nə deməkdir?
  3. Praktik məşğələ.

 

Mövzu 3. Ştat cədvəli ilə tanışlıq.

  1. Ştat cədvəlindəki peşə klassifikatoru.
  2. Dərəcələr (grading) nə deməkdir və necə tətbiq edilir?
  3. Ştat cədvəli: hazırlanması, tətbiqi, dəyişikliklərin edilməsi, təsdiqlənməsi.
  4. Praktik məşğələ.

 

Mövzu 4Əmək müqaviləsi

  1. Müqavilələr haqqında ümumi anlayış. Əmək və xidmət müqavilələri arasındakı fərq.
  2. İşə qəbul sənədləri.
  3. Əmək müqaviləsinin bağlanması qaydaları.
  4. Müddətli əmək müqaviləsinin bağlanması şərtləri.
  5. Yeni işçinin işə qəbul edilməsi prosesinin alqoritmi.
  6. Əməm müqavilələrinin elektron portala daxil edilməsi.
  7. Praktik məşğələ.

 

Mövzu 5. Bir vəzifədən başqa vəzifəyə, bir iş yerindən başqa iş yerinə keçirmə.

  1. Başqa vəzifəyə keçirmənin rəsmiləşdirilməsi qaydaları.
  2. Əmək şəraitinin şərtləri nədir?
  3. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi qaydaları.
  4. Başqa işçinin əmək funksiyalarının icrası qaydaları.
  5. Praktik məşğələ.

 

Mövzu 6. Əmək haqqı haqqında ümumi məlumat.

  1. Əmək haqqının hesablanması üçün zəruri olan normativ-hüquqi aktların siyahısı.
  2. Minimum əmək haqqı və yaşayış minimumu anlayışları.
  3. Əməyin ödənilməsi sistemləri və növləri.
  4. Minimum əmək haqqı. Orta əmək haqqı.
  5. Əmək haqqında tutulmalar.
  6. Praktik məşğələ.

 

Mövzu 7. Məzuniyyət

  1. Məzuniyyətin növləri.
  2. Məzuniyyətin müddətləri.
  3. Məzuniyyət qrafikinin tərtib edilməsi.
  4. Məzuniyyətlərin rəsmiləşdirilməsi qaydaları, məzuniyyət əmrlərinin hazırlanması.
  5. Məzuniyyətin bir vaxtdan başqa vaxta keçirilməsi. Məzuniyyətlərin hissələrə bölünməsi. Məzuniyyətdən gerı çağırma.Məzuniyyət haqlarının hesablanması.
  6. İşdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydaları
  7. Praktik məşğələ.

 

Mövzu 8İş vaxtının növləri və tənzimlənməsi qaydaları.

  1. Qısaldılmış və natamam iş vaxtları nədir?
  2. Əmək şəraiti zərərli olan iş yerlərində tətbiq edilən iş vaxtı norması.
  3. Nahar və istirahət vaxtı.
  4. İş vaxtının rejimi. İş vaxtından əlavə iş və rəsmiləşdirilməsi qaydaları.
  5. İş vaxtının uçotu. Gecə vaxtı iş.
  6. Tabellərin, növbə qrafiklərinin hazırlanması.
  7. Praktik məşğələ.

 

Mövzu 9. Əmək və icra intizamı.

  1. Əmək və icra intizamını tənzimləyən sənədlər.
  2. İşçilərin cəzalandırılması və mükafatlandırılması.
  3. İşçilərin işdən kənarlaşdırılmasının rəsmiləşdirilməsi.
  4. İntizam məsuliyyətinin rəsmiləşdirilməsi qaydaları.
  5. Praktik məşğələ.

 

Mövzu 10. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti.

  1. İşəgötürənin məsuliyyəti.
  2. İşçinin maddi məsuliyyət.
  3. İşçinin tam maddi məsuliyyəti.
  4. Tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanması.
  5. Praktik məşğələ.

 

Mövzu 11. İşçilərin işdən azad edilməsi.

  1. Əmək müqaviləsinin ləğv edilməsinin əsasları və bunun üçün zəruri sayılan sənədlər.
  2. Müddətli əmək müqaviləsinin ləğv edilməsi qaydası.
  3. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları.
  4. Müavinətlər və son haqq hesabların hesablanması qaydaları.
  5. İşdən çıxan işçilərə təqdim olunacaq sənədlər.
  6. Praktik məşğələ.

 

Mövzu 12Əmək kitabçaları.

  1. İşçilərin əmək kitabçası və onun tərtibi qaydaları.
  2. İlk dəfə əmək kitabşasının açılması.
  3. Əmək kitabşasına qeydlərin daxil edilməsi.
  4. Əmək kitabşasına düzəlişlərin daxil edilməsi.
  5. Praktik məşğələ.

 

Mövzu 13. İcbari sığorta və icbarı tibbi müayinələr.

  1. İcbari tibbi müayinələrin hansı iş yerlərində keçirilir?
  2. Tibbi müayinələrin həyata keçirilməsi qaydaları.
  3. İcbari sığortanın nədir?
  4. İcbarı sığorta müqavilələrinin bağlanması.  

 

Mövzu 14. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu.

  1. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin əmək hüququ, onlarla əmək müqavilələrinin bağlanması.
  2. Fərdi iş icazələri. 

 

Mövzu 16. Statistik hesabatlar. Yekun.