Müəssisə və təşkilatlarda işçilərin əmək haqqlarının ödənilməsi təlimi

Proqram hər dərs 1,5 saat olmaqla 6 dərsdən ibarətdir. Əmək haqqının hesablanması sahəsində bilikləri təkmillşdirmək, həm bu sahədə fəaliyyətə başlayanlar üçün, həm də əmək hüquqlarını bilmək istəyənlər üçün çox səmərəli kursdur. Kursun proqramı 2011-ci ildən bugünədək təkmilləşdirilərək iştirakçılar üçün asan qavranılan və praktik olaraq əlverişli şəklə çatdırılmışdır. Təlimin formatına iştirakçıların xahişi nəzərə alınaraq dəyişiklik edilə bilər.

 

Mövzu 1. Giriş.

  1. Əmək haqqının hesablanması üçün zəruri olan normativ-hüquqi aktların siyahısı.
  2. İş vaxtının uçotu. Tabellərin, növbə qrafiklərinin hazırlanması (buraxılan yanlışlıqların və onların nəticələrinin analizi).
  3. Praktik məşğələ.

 

Mövzu 2. Əməyin ödənilməsi.

  1. Minimum əmək haqqı və yaşayış minimumu anlayışları.
  2. Əməyin ödənilməsi sistemləri və növləri.
  3. Tarif (vəzifə maaşı);
  4. İş yerlərinin təsnifatı.
  5. Ağır, zərərli, eləcə də xüsusilə ağır və xüsusilə zərərli iş yerlərində əməyin ödənilməsi.
  6. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı (susuzluq, dəniz, hündürlük əmsalları).
  7. Praktik məşğələ.

 

Mövzu 3. Əmək haqqına əlavələr.  

  1. İş vaxtından artıq görülən, habelə istirahət, bayram və iş günü hesab olunmayan günlərdə görülən işlərə görə əmək haqqının ödənilməsi (rəsmiləşdirmə qaydaları daxil olmaqla);
  2. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi (rəsmiləşdirmə qaydaları  və növbə qrafiklərinin hazırlanması daxil olmaqla);
  3. Peşələr (vəzifələr) əvəz edildikdə, müvəqqəti əvəzetmə və əvəzçilik üzrə əmək haqqının ödənilməsi (peşələrin (vəzifələrin) əvəz edilməsi, müvəqqəri əvəzetmə prosedurlarının rəsmiləşdirilməsi qaydaları daxil olmaqla);  
  4. Praktik məşğələ.

 

Mövzu 4Orta əmək haqqı.  

  1. Orta əmək haqqının hesablanması qaydası.  
  2. Orta əmək haqqının tətbiq olunduğu hallar.
  3. Praktik məşğələ.

 

Mövzu 5. Sosial məzuniyyət, qismən ödənişli sosial məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi.

  1. Sosial məzuniyyətlərə görə müavinətin hesablanması və ödənilməsi qaydaları.
  2. Qismən ödənişli sosial məzuniyyətlərə görə müavinətin hesablanması və ödənilməsi qaydaları.
  3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi qaydaları.
  4. Praktik məşğələ.

 

Mövzu 6Məzuniyyət

  1. Məzuniyyətlər üçün orta əmək haqqının hesablanması.
  2. Məzuniyyət haqqının hesablanması qaydaları.
  3. İşdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydaları
  4. Praktik məşğələ.

 

Mövzu 7. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti.

  1. İşəgötürənin məsuliyyəti.
  2. İşçinin maddi məsuliyyət.
  3. İşçinin tam maddi məsuliyyət.
  4. Tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanması.
  5. Praktik məşğələ.

 

Mövzu 8Əmək haqqından tutulmalar.

  1. Qanunvericilikdə nəzərdə tutulan müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr haqqında məlumat.
  2. İcra sənədlərinə uyğun olaraq həyata keçirilən tutulmalar (o cümlədən alimentlər);
  3. İşəgötürənin təşəbbüsü ilə tutulmalar.
  4. Üzvlük haqları.
  5. Praktik məşğələ.

 

Mövzu 9. Əmək və icra intizamı.

  1. Əmək və icra intizamının pozulmasına görə işçilərin cərimə edilməsi qaydaları.

 

Mövzu 10. Əmək haqqının verilməsi.

  1. Əmək haqqının verilməsi yeri və müddətləri.
  2. Əmək haqqının gecikdirilməsinə görə məsuliyyət.

 

Mövzu 11. İşçilərin işdən azad eilməsi.

  1. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları.
  2. İşdən çıxma müavinətlərinin və son haqq hesabların hesablanması qaydaları.
  3. Praktik məşğələ.