Kargüzarlıq və elektron sənəd dövriyyəsi (ESD) təlimi

 

Təlim haqqında

Dövlət və özəl sahədə idarəetmənin və onun sistemliliyinin təmin olunmasında mühüm yerlərdən birini sənəd dövriyyəsinin qurulması, sənədləşmə və sənədlərlə işin təşkili tutur. Bu sahədə mobilliyə, çevikliyə və optimallığa nail olmaq məqsədilə elektron sənəd dövriyyəsinin qurulması, istifadəyə verilməsi və tətbiqi sahəsində müvafiq qərarlar verilmişdir. Belə ki, sözügedən istiqamətdə qanunvericilik bazasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2004-cü il tarixli 602 nömrəli Qanunu, 4 sentyabr 2012-ci il tarixli 692 nömrəli və 27 oktyabr 2018-ci il tarixli 314 nömrəli Fərmanları imzalanmışdır.

Kursu bitirənlər - dövlət qurumlarında və özəl sahədə fəaliyyət göstərən təşkilatlarda idarəetmənin əsas hissələrindən biri sayılan Kargüzarlıq və arxiv işi - sənəd dövriyyəsinin qurulması, sənədlərlə işin aparılması, onların hərəkətinin nizamlanması, istifadə olunması, saxlanması qaydaları, habelə elektron sənəd dövriyyəsi, arxiv işi və hüquqi münasibətlərin formalaşdırılması məsələlərinin tənzimlənməsi biliklərinə və vərdişlərinə yiyələnəcəklər.

 

Təlimin dili: Azərbaycan dili

Metodu: Nəzəri dərslər, praktik və sərbət iş, simulyasiya oyunları

Müddəti: 10 dərs (16 saat)

Vaxtları: həftə içi axşam saatları və ya həftə sonları

Yazılma forması: Fərdi və ya qrup şəklində

 

PROQRAM:

 

Dərs 1. KARGÜZARLIQ, SƏNƏD DÖVRİYYƏSİ:

  • Mövzuya giriş - Sənəd nədir, onun rolu, əhəmiyyəti və növləri
  • Sənəd işində işləyən şəxs necə olmalıdır (psixoloji durum, bilik səviyyəsi, şəxsi hazırlıq, qabiliyyəti);
  • Kargüzarlığın ümumi əsasları;
  • Sənəd dövriyyəsi.

 

Dərs 2. Nomenklatur, qeydiyyat kitabları, normativ sənədlərin izahı:

  • Nomenklatur nədir;
  • Qeydiyyat kitabları;
  • Normativ sənədlər;
  • Məşğələ.

 

Dərs 3QANUNVERİCİLİK, ESD SİSTEMİNDƏ İŞLƏMƏK ÜÇÜN QOYULAN TƏLƏBLƏR:

  • ESD qanunvericilik bazası;
  • Brauzer, təhlükəsizlik;
  • Sistemə daxil olmaq (interfeys);
  • İdarəetmə paneli;
  • Sənəd tərtibatı (ölçü, blank);
  • Məşğələ.

 

Dərs 4ƏSAS MENYU, TAPŞIRIQLAR, İKONLAR VƏ ONLARIN STATUSLARI:

  • Əsas menyuda olan bölmələrin izahı;
  • Bölmələrin interfeysdəki altbölmələrin izahı;
  • Tapşırıqlar, ikonlar, statuslar.
  • Axtarış sistemi;
  • Məşğələ.

 

Dərs 5DAXİL OLANLAR – 1, QEYDİYYAT PROSESİ:

  • Daxil olan sənədlərin təsnifatı;
  • Qeydiyyat üçün, Nəzarət üçün, Dərkənarın yazılması üçün;
  • İş növbələri;
  • Sənədin formatı, daxil olma forması, SESDA;
  • Sənədə baxış və nəzarətçinin qeydiyyatçı təyini;
  • Qeydiyyat məlumatlarının daxil edilməsi;
  • Nəzarətin aparılması;
  • Dərkənarın yazılması;
  • Məşğələ.

 

Dərs 6DAXİL OLANLAR – 2, İCRA ÜÇÜN:

  • Sənədi dərk etmək,
  • İcra üçün göndər, Cavab yazışması, Əlaqəli yazışma;
  • İşə alınma, İcra müddətinin artırılması;
  • Əsas icraçının dəyişdirilməsi, Çat, Bağla;
  • Məşğələ.

 

Dərs 7DAXİL OLANLAR – 3: 

  • Məlumat üçün, Bildiriş üçün, Razılaşdırma üçün;
  • İmza üçün, İcra müddətinin artırılması üçün, Əsas içraçının dəyişdirilməsi üçün;
  • Nömrə verilməsi üçün, İmtina edilmiş sənədlər;
  • Məşğələ.

 

Dərs 8YENİ YAZIŞMA:

  • Yeni - Daxili yazışma; Təşkilata göndərilən;
  • Əlaqəli – Daxili, Təşkilata, Vətəndaşa, Təşkilata-vətəndaşa göndərilən;
  • Məşğələ.

 

Dərs 9. XARİC OLANLAR, QOVLUĞUMNƏZARƏT, NÖMRƏLƏNMƏ:

  • Xaric olanlar, geri qaytarma;
  • Qovluğum – şablonlar;
  • Nəzarət;
  • Nömrələnmə;
  • Məşğələ.

 

Dərs 10. İmtahan, sertifikat məlumatların toplanması:

  • İmtahan;
  • İmtahan sualları üzərində iş;