Uşaqlar üçün proqramlaşdırma kursu (8-15 yaş)

Uşaqlar üçün proqramlaşdırma kursu 8-15 yaş aralığında olan uşaq və yeniyetmələr üçündür. Məqsədimiz - övladınızda perspektivli sahəyə maraq oyatmaq və öz bildiklərimizi uşaqlarla paylaşmaqdır. Start İT-də dərslərimiz interaktiv üsullar ilə keçirilir və bu da məktəb dərslərindən çox fərqlənir.

Dərslər həm Azərbaycan, həm də Rus bölmələri üçün ayrı-ayrılıqda keçirilir.

İlk proqram 4 ay davam edir və Vizual programlaşdırmanı əhatə edir. Daha sonra Veb proqramlaşdırma, Python proqramlaşdırma, Unity və mobil tətbiqlərin hazırlanması kursları ilə davam edirik.

Vizual programlaşdırma kursunda Scratch programı və 3D modelling paralel tədris olunur. Dərslər həftədə 1 dəfə 3 saat olmaqla keçirilir. 1-1,5 saat Scratch, yemək fasiləsi və ardınca 1-1,5 saat 3D.