Python ilə Back-End proqramlaşdırma kursu

Python proqramlaşdırma dili, proqram təminatının və oyunların hazırlanması, elmi hesablamalar, data analitikası, süni intellekt (Ai), machine learning və digər sahələrdə geniş istifadə edilir. IT və Proqramlaşdırma sahələrinə giriş etmək istəyənlərin bir çoxu Python ilə başlayır, buna ən əsas səbəblərdən biri budur ki, Pythonun sintaksisi çox  rahatdır və kodu çox oxunaqlıdır. Bu Python-u digər proqramlaşdırma dillərindən fərqləndirən ən böyük üstünlüklərindən biridir.

"Python"-un digər üstünlüyü isə budur ki, onu öyrənmək asandır. Bu proqramlaşadırma dilinin populyarlığı günü-gündən artır, Python hal-hazırda Top-10 ən çox istifadə edilən proqramlaşdırma dillərindən biri hesab edilir. Google, Pixar, Youtube, NASA, Intel, Pinterest kimi nəhəng şirkətlər öz məhsullarında Python istifadə edirlər.

 

Python Back-End proqramlaşdırma kursunu keçməklə siz nə əldə edəcəksiniz:

  • Veb əsaslı proqram təminatı və veb-saytlar hazırlamağı öyrənəcəksiniz;
  • Hazırladığınız proqram təminatını Pytest ilə test etməyi öyrənəcəksiniz;
  • GitHub ilə komanda şəklində çalışmağı öyrənəcəksiniz;
  • Database-lər yaradacaqsınız və onları yazdığınız proqramlar ilə əlaqələndirməyi öyrənəcəksiniz;
  • Django freymvorkunu və proyekt şablonları ilə çalışmağı öyrənəcəksiniz;
  • API-lar yaratmaq və interfeyslər işə çalışmağı öyrənəcəksiniz;
  • Proqram təminatının performansının artırılması üçün Asyncio, Celery, Caching, Query optimization texnologiyalarınə tətbiq etməyi öyrənənəcksiniz;
  • Layihələrin "deployment"-inin avtomatlaşdırılmasını öyrənəcəksiniz: Docker, Docker Compose, CI/CD;

 

Kursun tam proqramı ilə tanış olmaq üçün saytımızın Tədris Sahələri bölməsinə keçin və buradan Back-End Python proqramlaşdırma kursu səhifəsinə keçid edin.  

 

Kursun müddəti

Python proqramlaşdırma kursu 6 ay davam edir. Bu müddət ərzində həm nəzəri həm də praktiki təlimlər keçrilir.

 

Bu kurs kimlər üçündür?

  • IT sahəsinə giriş etmək istəyənlər üçün
  • Proqramlaşdırmanın əsaslarını öyrənmək istəyənlər üçün
  • Python ilə veb proqramlaşdırmanı öyrənmək istəyənlər üçün
  • Fullstack proqramçı olmaq istəyən Frontend proqramçılar üçün

 

Xüsusi təkliflərimiz

  • Tələbələr üçün 10% endirim mövcuddur.
  • Dostunuzu JED Academy-yə gətirərək 10% keşbek əldə edə bilərsiniz.
  • Ad gününüzdə qeydiyyatdan keçsəniz, kursun ilk ayı üçün yaşınız qədər endirim əldə edəcəksiniz.

 

Sertifikat

Kursu uğurla bitirən tələbələri sertifikat ilə təmin edirik. Yüksək nəticə göstərən tələbələrə isə “Fərqlənmə” sertifikatı veririk.