IT / Proqramlaşdırma üzrə Bootcamp kursu

Bootcamp ərzində şagirdlər IT və proqramlaşdırma sahəsi haqqında geniş məlumat alacaq, IT-nin müxtəlif istiqamətləri ilə tanış olacaqlar. Dərslər həm nəzəri, həm praktiki hissədən ibarətdir. Dərslər zamanı uşaqlar müxtəlif animasiyalar, oyunlar, proqramlar və veb-saytlar hazırlayacaqlar.

Şagirdlər bu kurs ərzində IT-nin hər sahəsi barədə məlumat alacaqlar: ümumi IT anlayışı, Əməliyyat Sistemləri, Hardware, Software, Şəbəkələr, Internet, Qrafika və Animasiya, Proqramlaşdırma, Oyunların / Veb-saytların hazırlanması və s. Bunun hesabına onlar gələcəkdə IT-nin onlar üçün maraqlı olan sahəsini rahatlıqla seçə biləcəklər.

 

Kursun proqramı ilə aşağıda tanış ola bilərsiniz:

  • IT nədir və IT-nin hansı qolları var;
  • Kompüterlər, Əməliyyat sistemləri / Hardware və Software;
  • Şəbəkələr: Lokal şəbəkələr / Simsiz şəbəkələr / Internet;
  • Digital İncəsənət: Paint, Canva və Figma proqramları ilə tanışlıq;
  • Proqramlaşdırmaya giriş / Ən populyar proqramlaşdırma dilləri ilə tanışlıq;
  • Blok yönümlü proqramlaşdırma / Scratch;
  • Scratch vasitəsi ilə animasiya və oyunların yaradılması;
  • Front-End proqramlaşdırma: HTML / CSS / Javascript;
  • Web saytların yaradılması və internet məkanında yerləşdirilməsi (deployment);
  • Javascript ilə kiçik proqramların hazırlanması;

Kursun tam proqramı ilə tanış olmaq üçün saytımızın Tədris Sahələri bölməsinə keçin və buradan IT / Proqramlaşdırma üzrə Bootcamp kursu səhifəsinə keçid edin.  

 

Kursun müddəti

IT / Proqramlaşdırma üzrə Bootcamp kursu 3 ay davam edir.  Dərslər online formatda keçirilir.

 

Bu kurs kimlər üçündür?

  • 11-17 yaş aralığı uşaqlar və yeniyetmələr üçün
  • IT sahəsi haqqında ilkin məlumatlar almaq istəyənlər üçün
  • Gələcəkdə doğru IT sahəsini seçmək istəyənlər üçün
  • Proqramlaşdırma sahəsi üzrə ilkin bilik və praktiki bacarıqları əldə etmək istəyənlər üçün

 

Sertifikat

Kursu uğurla bitirən şagirdləri sertifikat ilə təmin edirik. Yüksək nəticə göstərən şagirdlərə isə “Fərqlənmə” sertifikatı veririk.