Front-End Təcrübə proqramı

Front-End təcrübə proqramı sizə real iş mühitində Front-End proqramlaşdırma təcrübəsi qazanmaq üçün mütləq keçməli olduğunuz bir proqramdır. Real layihələr üzərində həm fərdi, həm komanda şəklində çalışaraq, intensiv formada təcrübə toplayacaqsınız.  

 

Front-End təcrübə proqramında iştirak edərək siz nə əldə edəcəksiniz:

  • Real iş mühitində, real layihələr üzərində çalışaraq, real iş təcrübəsi əldə edəcəksiniz;
  • Portfolionuzu formalaşdırmış olacaqsınız: Layihələrinizi CV-nizdə və iş intervyusu zamanı təqdim edə biləcəksiniz;
  • Təcrübəli təlimçilərimiz və mentorlarımızdan daim dəstək alacaqsınız;
  • İntervyudan uğurla keçmək üçün tərəfimizdən dəyərli məsləhətlər və dəstək alacaqsınız;
  • İş tapmaq üçün də tərəfimizdən dəstək alacaqsınız: partnyor şirkətlərdən birinə sizə iş və ya təcrübə üçün yönəldə bilərik;
  • Təcrübə proqramını keçməyiniz ilə bağlı təsdiqedici sertifikat alacaqsınız;
  • Front-End üzrə zəif nöqtələrinizi gücləndirəcəksiniz və texniki intervuyularda özünüzü daha əmin hiss edəcəksiniz;

 

Front-End təcrübə proqramı 3 ay davam edir. Bu 3 ay ərzində siz müxtəlif veb layihələr üzərində çalışacaqsınız. Bu layihələr üzərində fərdi və komanda şəklində çalışarkən siz bütün müasir Front-End texnologiyalarından istifadə edəcəksiniz:

HTML5 • CSS3 • SASS • Bootstrap • Tailwind CSS • Git/Github • JavaScript • TypeScript • jQuery • Ajax/Axios • REST API • React.js • Redux • Material UI • Next.js

 

Təlimin müddəti

Təcrübə proqramı 3 ay davam edir.

 

Təcrübə proqramı kimlər üçün nəzərdə tutulub:

  • Front-End proqramlaşdırmanı self-study öyrənənlər üçün;
  • Front-End proqramlaşdırma üzrə kurs bitirənlər və ya hal-hazırda bu sahə üzrə tədris alanlar üçün;
  • Front-End proqramlaşdırma biliklərini gücləndirmək istəyənlər üçün;
  • JavaScript və onun freymvorkları üzrə təcrübəni artırmaq istəyənlər üçün;

 

Xüsusi təkliflərimiz

JED Academy tələbələri və məzunları üçün 20% endirim mövcuddur.

 

Sertifikat

3-aylıq təcrübə proqramımızı bitirən tələbələrimizi sertifikat ilə təmin edirik.