Front-End proqramlaşdırma kursu
Front-End proqramlaşdırma kursu ərzində siz proqram təminatının və veb-saytların vizual hissəsinin, istifadəçi interfeyslərinin hazırlanmasını (kodlaşdırılmasını öyrənmiş olacaqsınız). Bundan əlavə olaraq Javascript texnologiyası vasitəsilə oyunlar və proqramlar hazırlaya biləcəksiniz.
Front-End proqramçılar veb saytların və tətbiqlərin üz hissəsini, interfeyslərini proqramlaşdırma vasitəsilə hazırlayırlar. Siz hər hansı bir veb sayta daxil olduqda, saytda gördüyünüz hər şey Front-End proqramçıların əməyinin hesabına görünür.
Dizayner tərəfindən hazırlanmış maketi Front-End proqramçı kodlama vasitəsilə hazırlayır, bütün elementlərin və vizual effektlərin işləməsini təmin edir. Bundan əlavə olaraq bu proqramçı “responsivliyi”-də təmin edir ki, veb-sayt bütün cihazlarda gözəl görünsün və rahat istifadə edilə bilsin: mobil telefonlar, tabletlər, televizorlar, monitorlar və s.
Dərslər ilə paralel olaraq Front-End təcrübə proqramımıza da qoşula bilərsiniz. Bu formatda siz daha sürətlə və daha keyfiyyətli öyrənəcəksiniz. Kursu bitirdikdə siz artıq təcrübəli bir Junior proqramçı kimi işə başlamaq üçün tam hazır olacaqsınız və şirkətlərə öz porfolionuzu təqdim edə biləcəksiniz.
Front-End proqramlaşdırma kursu ərzində siz aşağıdakı texnologiyalar ilə çalışmağı öyrənəcəksiniz:
Kursun tam proqramı ilə tanış olmaq üçün saytımızın Tədris Sahələri bölməsinə keçin və buradan Front-End proqramlaşdırma kursu səhifəsinə keçid edin.
Kursun müddəti
Front-End proqramlaşdırma kursu 5-6 ay davam edir. Bu müddət ərzində həm nəzəri həm də praktiki təlimlər keçrilir.
Bu kurs kimlər üçündür?
Xüsusi təkliflərimiz
Sertifikat
Kursu uğurla bitirən tələbələri sertifikat ilə təmin edirik. Yüksək nəticə göstərən tələbələrə isə “Fərqlənmə” sertifikatı veririk.