C# .NET ilə Back-End proqramlaşdırma kursu

Back-End proqramlaşdırmanı öyrənmək daha üstün bacarıqlara və bununla da yüksək gəlirli peşəyə sahib olmağa imkan verir. Veb proqramların hansı məntiqlə və necə işləməsi, məlumatların saxlanılması və istifadə edilməsini Back-End proqramçı reallaşdırır. Verilənlər bazasının qurulması və təhlükəsizliyi, kontentin dinamik formada göstərilməsi və funksionallığın qurulması kimi işlər də Back-End proqramlaşdırmaya aiddir.

C# universal bir proqramlaşdırma dilidir. C# dili və .NET platforması yüksək səviyyəli, miqyaslana bilən proqram təminatının, veb-saytların, mobil tətbiqlərin və oyunların hazırlanması üçün istifadə edilir.

C# proqramlaşdırma dili və onun freymvorkları dünyanın Top 5-nə daxildir. Back-End C# .NET üzrə mütəxəssislərə ölkəmizdə və dünyanın hər yerində tələbat çox yüksəkdir. Siz də Microsoft C# üzrə peşəkar proqramçı olun və hər zaman axtarılan, yüksək qazanclı bir ixtisasa sahib olacaqsınız.

Bu sahədə təcrübə topladıqdan sonra siz dünyanın istənilən nöqtəsindən distant(remote) olaraq çalışa biləcəksiniz. Sərbəst rejim ilə çalışaraq, yüksək əmək haqqı alacaqsınız və bundan əlavə olaraq öz şəxsi layihələrinizin üzərində də çalışa biləcəksiniz.

 

Backend-End proqramlaşdırma kursu ərzində siz aşağıdaki bilik, bacarıqları əldə edəcəksiniz və bu texnologiyalar ilə çalışmağı öyrənəcəksiniz:

  • C# basics
  • Theory of Alghoritms
  • Data Structures
  • OOP
  • MS SQL
  • T-SQL
  • ADO.NET
  • Entity Framework
  • ASP.NET MVC CORE
  • HTML CSS basics
  • Javascript basics
  • ASP.NET WEB API
  • Git/Github
  • TCP/UDP (Network)
  • Docker

Kursun tam proqramı ilə tanış olmaq üçün saytımızın Tədris Sahələri bölməsinə keçin və buradan Back-End C# proqramlaşdırma kursu səhifəsinə keçid edin.  

 

Kursun müddəti

C# .NET Back-End proqramlaşdırma kursu 6 ay davam edir. Bu müddət ərzində həm nəzəri həm də praktiki təlimlər keçrilir.

 

Bu kurs kimlər üçündür?

  • IT sahəsinə giriş etmək istəyənlər üçün
  • C# ilə Back-End proqramlaşdırmanı öyrənmək istəyənlər üçün
  • Back-End C# üzrə biliklərini gücləndirmək istəyənlər üçün
  • Fullstack proqramçı olmaq istəyən Front-End proqramçılar üçün

 

Xüsusi təkliflərimiz

  • Tələbələr üçün 10% endirim mövcuddur.
  • Dostunuzu JED Academy-yə gətirərək 10% keşbek əldə edə bilərsiniz.
  • Ad gününüzdə qeydiyyatdan keçsəniz, kursun ilk ayı üçün yaşınız qədər endirim əldə edəcəksiniz.

 

Sertifikat

Kursu uğurla bitirən tələbələri sertifikat ilə təmin edirik. Yüksək nəticə göstərən tələbələrə isə “Fərqlənmə” sertifikatı veririk.