Kurslar və Təlimlər - JED Academy

JED Academy

JED Academy 2021-ci il Yanvar ayından etibarən fəaliyyətə başlayıb. Yarandığımız gündən bugünədək ölkəmizin ən yaxşı IT / Proqramlaşdırma akademiyası olma yolunda, tələbələrimizi keyfiyyətli və sürətli öyrənmə metodu ilə təmin etməyi əsas hədəf kimi öz üzərimizə götürmüşük. Dərsləri xüsusi, effektiv və uğurlu metodika ilə keçirik. Keçdiyimiz hər təlim nəzəri və praktiki hissədən ibarətdir ki, bunun hesabına tələbələrimiz çox sürətli və keyfiyyətli öyrənirlər. IT / Proqramlaşdırma sahəsində peşəkarlıq və keyfiyyəti əsas tutaraq  yenilikləri, trendləri izləyirik və onları tədris proqramlarımıza əlavə edirik. Biz davamlı olaraq tədris metodikamızı və proqramlarımızı gücləndiririk, təhsilin keyfiyyəti bizim üçün ən önəmli dəyərdir!