Yerli Insan Resurslarının İdarə edilməsi şirkəti olan FireWorks HRM 2013-cü ildə yaradılmışdır. Şirkət olaraq biz artıq Azərbaycanda İnsan resurslarının idarə olunması sahəsində rəqabət qabiliyyətli nəticələr əldə etmişik. Şirkətimiz İşə qəbul və Menecer Seçimi, Təlimlər, Karyera və Şəxsi Biznesini yeni başlayan şəxslər (xüsusilə qadınlar) üçün Kouçinq və Mentorluq, Konsultasiya və Autsorsinq və Məzunların İşə qəbulu xidmətlərini təklif edir. İstər şirkət olun, istərsə peşəkar, yanaşma eynidir – ən yaxşı həllin tapılmasında Sizə kömək göstərmək. Mövqeyimiz isə motivasiyalı və işə can yandıran işçi heyətidir, çünki hər bir şirkətin əsas aktivi məhz insanlardır. Biznes münasibətlərimiz şəffaflıq və şəxsi yanaşmaya əsaslandığndan bizə 100% etibar edə bilərsiniz.