Kurslar və Təlimlər - Developia Engineering Academy

Developia Engineering Academy

“Developia Mühəndislik Akademiyası” öz sahəsində mütəxəssis olan mühəndislərin prinsip kimi qəbul etdiyi ideyaları reallaşdırmaq məqsədi ilə 2017-ci ildə yaradılmış təhsil müəssisəsidir. Proqramlaşdırma, Qrafik və Veb dizayn, Avtomatika, Elektrik, Elektronika və Mexanika Mühəndisliyi kimi bir çox mühəndislik təlimləri verən akademiyamız bu sahədə 5 ildən artıqdır ki, Azərbaycanın öndə gələn təhsil müəssisələrindən biridir.

Akademiyada tədris olunan təlimlərdə klassik təhsil metodu əvəzinə “real ehtiyac” prinsipi mənimsənmişdir. Keyfiyyətli təhsilə və təlimçi keyfiyyətinə tam diqqət yetirən işçi heyəti və menecerlərimiz ilə daima sektorun ən nüfuzlu qurumlarından biri olmağa çalışırıq.

Bütün təlimlərimizdə prioritetimiz tələbələrimizin kursa başladıqları andan etibarən real layihələr üzərində çalışmaları və təlim müddətinin sonunda portfoliolarının olmasıdır. Buna nail olmaq üçün yarandığı ilk gündən bu günə qədər təhsil eləcə də təlimçi keyfiyyəti ilə bağlı həftəlik, aylıq və illik görüşlər keçirərək özümüzü daim yeniləyirik.

“Developia Mühəndislik Akademiyası” bundan sonra da bu sektorun aparıcı qurumu olmaqla yanaşı həmdə ölkəmizin inkişafı və tərəqqisi naminə tələbə məmnuniyyətini ən yüksək səviyyədə saxlamağa davam edəcəkdir.