Sosial Media Marketinqi təlimi

Ümumi Məlumat

Sosial Media Marketinqi (SMM) sahəsinə yeni başlayıb və bu sahədə karyera qurmağı qarşısına məqsəd qoyanlar üçün BMS fərqi ilə “Sosial Media Marketinqi” təlimini elan edirik.

Təlimi yüksək nəticə ilə bitirən 3 iştirakçı 2 aylıq təcrübə proqramı ilə təmin olacaq. 

 Təlimdə iştirak etməklə öyrənəcəksiniz: 

  • Korporativ qurumlar üçün uyğun sosial media kanalının seçilməsi
  • Sosial Media kanallarının sıfırdan yaradılıb peşəkar səviyyədə idarə edilməsi
  • Düzgün kontent plan hazırlamağın incəlikləri
  • Sosial Media terminləri lüğəti
  • CRM şablonları
  • Excel və Power Point-də kontent plan şablonları

 

Təlimin Mündəricatı

Sosial Medianın əhəmiyyəti

Rəqəmsal Marketinqlə tanışlıq
Lokalda sosail medianın əhəmiyyəti
Ən çox istifadə edilən sosial media kanalları
SMM Rəqəmsal Marketinqin və PR -ın tərkib hissəsi kimi
Sosial media fəaliyyətinə başlarkən əhəmiyyətli benchmarking
Sosial Media -da istifadə edilən bütün terminlərin lügəti

 

Facebook, Instagram-da şirkət səhifələrinin yaradılması və idarəsi

Şirkətlər üçün Facebook, İnstagram hesablarının yaradılması, düzgün formada tərtibatı
Səhifə yaradarkən diqqət edilməli məqamlar, yeni yaradılan səhifələrdə blok edilmə təhlükəsindən yayınmağın yolları
Bütün şəbəkələrdə olmaq mütləqdirmi, hansı kanal biznesiniz üçün daha uyğundur
Sosial şəbəkələrdə CRM
Necə edək işimizi asanlaşdıraq? CRM şablonlarının yaradılması
Biznes səhifəsinin moderasiyasında diqqət edilməli nüanslar

 

Düzgün formada kontent (məzmun) plan yaradılması

Facebbok,İnstagram-da platformaya uyğun məzmunun yaradılmasının əhəmiyyəti
Kontent stilistikası nədir,nələrə diqqət etmək vacibdir.
Hər platformanın diqqət edilməli siyasət (policy) qaydaları
Excell və Power Point -də aylıq kontent plan şablonlarının yaradılması
Məzmun hazırlığında diqqət edilməli nüanslar,copywriting
Kontent foto və videosunda gözlənilməli qaydalar
Kontent uzlaşması (vizual və mətn uyğunluğu)
SMM yoxsa dizayner? Kontent hazırlığında SMM-in öhdəlikləri

 

TikTok tam fərqli platforma

Şirkətlər Tiktok hesablarının yaradılması, düzgün formada tərtibatı
TikTok fəaliyyəti hansı bizneslər üçün əhəmiyyətlidir?
TikTok-dan düzgün formada necə istifadə etmək lazımdır?
TikTok-da məzmun yaradılması, idarəsi
Zövq, yoxsa peşəkar fəaliyyət? Keyfiyyətli TikTok səhifəsinə sahib olmaq üçün nələr etmək lazımdır?
Trend-də brend olmaq

 

Facebook Business Manager - Peşəkar reklam platforması

Reklamlar niyə Business Manager üzərindən verilməlidir?
«Qurdalayaraq» yox, addım-addım Business Manager-in yaradılması, detallı öyrədilməsi
Business Manager blok təhlükəsindən yayınmağın yolları
Reklam kampaniyalarının əhəmiyyəti, biznes və məqsədə uyğun düzgün kampaniyanın yaradılması, optimizasiyaların edilməsi
Sosial Media üçün Media plan şablonu, KPI verilməsi

 

Targeting və reporting

Targeting sirr deyil, doğru analiz və dataların düzgün istifadəsidir
Targeting-də Business Manager-in əhəmiyyəti
Düzgün targeting üçün nələrə diqqət etmək lazımdır?
Həftəlik, aylıq, mövsümlük Sosial Media reporting-i
Reklam kampaniyalarına uyğun report şablonlarının hazırlanması
Nəticələrin düzgün analizi, növbəti kampaniyalara təsiri, dataların doğru istifadəsi

 

Təlimin ödənişi

Təlimi yüksək nəticə ilə bitirən 3 iştirakçı 2 aylıq təcrübə proqramı ilə təmin olacaq. 

- Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
- BMS məzunları üçün endirim: 10%

Ödənişə daxildir:
- Təlim materialları (Elektron)
- Nəticə imtahanı
 - Sertifikat