İşə Qəbul və Seçim Mərhələləri təlimi
Ümumi Məlumat
"Business Management School" MMC olaraq İnsan Resurslarının İdarə Edilməsi sahəsindəki zəngin və uğurlu təcrübəmiz əsasında "İşə Qəbul və Seçim Mərhələləri" Təliminin növbəti sessiyasını elan edirik.
Təlimin müddəti: 16 saat
Bir yerdə öyrənib, təyin edəcəyik:
1. Öz bilik və bacarıqlarını sata bilən namizədlərə aldanmayıb, necə səriştəli və perspektivli namizədləri seçəcəyimizi;
2. Namizəd yalnız bilik və bacarıqlarına görə qiymətləndirilib işə götürülür. Əslində isə bu belə deyil, diqqətimizdən qaçan vacib digər məqamları necə təyin edəcəyimizi;
3. Əgər yaxşı iş şərtləri ilə istənilən namizədi cəlb etmək olar fikrindəsinizsə, yanılırsız. Namizəd cəlbi zamanı çox vacib detallara fokuslanmağı;
4. Namizəd sayına deyil, keyfiyyətə fokuslanmağı;
5. Müsahibədə şablon sual verməyi deyil, namizədin öz səriştələrini nümayiş etdirə bilməsi üçün nələr edə biləciyimizi.
Təlim kimlər üçün nəzərdə tutulub?
- İnsan Resursları sahəsində çalışanlar;
- Çalışdığı şirkətin işə qəbul və seçim prosesslərində birbaşa iştirak edən mütəxəssis və rəhbər işçilər;
- İnsan Resursları və İşə qəbul sahəsində karyera qurmaq istəyənlər.
Təlimdə iştirak üçün müraciət edənlər ilə təlimçimiz online müsahibə keçirəcəkdir, müsahibə əsasında müraciət edənlərin təlimdə iştirakı təsdiqlənəcəkdir.
Təlimin Mündəricatı
1. Şirkət daxili insan resurslarının təhlili;
2. Səriştə standartlarının hazırlanması (Səriştə matrisi və xəritələri);
3. Vakansiya və axtarış kanallarından asılı olaraq iş elanlarının hazırlanması;
4. Axtarış kanallarının seçimi (müsbət və mənfi tərəfləri);
5. “Headhunting” prosesinin özəllikləri (namizədlərin psixotiplərindən irəli gələrək headhunting strategiyaları);
6. Daxili və xarici seçim prosesləri (müsbət və mənfi tərəfləri);
7. Sosial strateji işə qəbul (gündəlik,həftəlik, aylıq, illik);
8. İş müsahibəsinə qədər seçim (CV Screening);
9. Müsahibəyə hazırlıq;
10. İşə qəbulun 5 əsas prinsipi;
11. Ənənəvi müsahibə növləri (müsbət və mənfi tərəfləri);
12. Qeyri ənənəvi müsahibə növləri;
13. Müsahibənin strukturu və sualların verilməsi üzrə qruplar;
14. Aysberq qaydası;
15. Yalanların təyin edilməsi üçün effektiv metodlar (Q prinsipi, Kolombo metodu, Proektiv format və digər);
16. Namizədin komfort zonası;
17. Sualların verilməsi zamanı əsas qaydalar;
18. Səriştə əsaslı müsahibə (STAR, PARLA metodları);
19. Kouçinq əsaslı müsahibə “Disney modeli”;
20. DİSC modeli (insan temperamentləri və xarakter);
21. “3 pozitiv və 3 neqativ” metodu;
22. “Employer branding”.
Təlimin ödənişi
Ödənişə daxildir:
- Təlim materialları (elektron versiya)
- Coffee-break
- İştirak barədə sertifikat
Təlim iştirakçıları üçün 2 kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.
- Təlim ödənişini nağd (iki hissədən ibarət olmaqla) və ya onlayn şəkildə ödəyə bilərsiniz.
Qeyd: Sadəcə bir endirim şərtindən yararlanmaq mümkündür.