İnsan Resurslarının İdarə Edilməsi Təlimi

Ümumi Məlumat

“Business Management School” MMC  olaraq "İnsan Resursları" sahəsindəki ən iri həcmli təlimimiz olan "İnsan Resurslarının İdarə Edilməsi" təliminə növbəti dəfə start veririk.

Təlim kimlər üçün nəzərdə tutulub?
- İnsan Resursları üzrə mütəxəssis, menecer və rəhbərlər
- İşə qəbul üzrə mütəxəssis, menecer və rəhbərlər
- Təlim və İnkişaf üzrə mütəxəssis, menecer və rəhbərlər
- İnsan Resursları əməliyyatları üzrə mütəxəssis, menecer və rəhbərlər

Bu təlimdə iştirak etmək sizə nə qazandıracaq?

  • İnsan Resurslarının İdarə Edilməsi üzrə aşağıdaki funksiyalarını dərindən mənimsəyərək öyrənəcək, bu istiqamətdə praktiki vərdişlərə yiyələnəcəksiniz;
    - İnsan resurslarının təşkilatlanması
    - İnsan resurslarının planlaması
    - İşə qənbul və seçim mərhələsi
    - Adaptasiya sisteminin qurulması
    - Xidməti fəaliyyətin (performansın) idarə edilməsi
    - Təlim və inkişaf sisteminin qurulması
    - Karyera və istedadların idarə edilməsi sisteminin qurulması
    - Məvacib strukturunun qurulması
    - Motivasiya (maddi və qeyri maddi) sisteminin qurulması
  • Hər biri İnsan Resursları idarəçiliyi üzrə 20 ildən çox mütəxəssis və rəhbər təcrübəsinə sahib 4 peşəkar təlimçinin bilik və təcrübələrini öyrənmə imkanı əldə edəcəksiniz. 
  • Təlim sonunda təlimçilərin rəyləri və imtahan nəticələri əsasında ən parlaq iştirakçılar seçilərək istedadlar hovuzuna daxil ediləcəklər. İstedadlar hovuzunun üzvləri təlim bitdikdən sonra təlimçilərimizdən 2 ay müddətinə mentorluq xidməti alacaq, təlimçilərimizin və Business Management School-un xüsusi referansını alma  imtiyazı əldə edəcəklər. Eyni zamanda tərəfimizdən onlar üçün xüsusi ödənişsiz təlim və seminarlar təşkil edilərək daha çox inkişafları təmin ediləcəkdir. 
  • Təlim sonunda keçiriləcək imtahanda 70%-dən yüksək nəticə göstərənlər Müvəffəqiyyət Sertifikatı ilə təltif ediləcəklər.


Sertifikat

1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.

 

Təlimin Mündəricatı

 

Modul 1: İRİE sisteminin qurulması (8 saat)
Təlimçi: Elnur Hüseynov

1 İR ümumi anlayış
2 İR-nin formala şması (İR fəlsəfəsi və nəzəri əsaslı)
3 İR Strateji və əməliyyat səviyyəsində
4 İR İnkişafı, biznes ilə əlaqələndirilməsi
5 İR Modelləri
6 Təşkilati Struktur və İR strukturu ilə əlaqələndirilməsi, Öyrənən müəssisə konsepti
7 Korporativ mədəniyyət və İR-nin rolu
8 İR sisteminin qurulması üçün tələb olunan elementlər və komponentləri
9 Misyon, vizyon, dəyərlər, hədəflər, səriştə, öyrənmə ehtiyacları, vəzifə təlimatları, metriklər, qiymətləndirmə meyarları və digər elementləri bütün İR funksiyaları ilə əlaqələndirilməsi
10 Tapşırıq və suallar

Modul 2: İnsan resurslarının planlaşdırılması (4 saat)
Təlimçi: Pərviz Qasımov

1 İnsan Resurslarının planlaşdırmasının əhəmiyyəti
2 İRP-nın Biznes Planındakı yeri
3 Sərt və yumşaq (Hard & Soft) planlaşdırma
4 Ssenari Planlaşdırılması və PEST yanaşma
5 Tələb təklif proqnozu
6 İşçi dövriyyəsi indeksi və İRP təsiri
7 Nisbət trend analizləri
8 Stabillik indeksi
9 Davamiyyət indeksi
10 Davamiyyətin idarə olunması
11 İxtisarların idarəolunması
12 İnsan Resurları Planlaşdırılmasından Strateji Planlaşdırılmaya keçid

Modul 3: İşə qəbul və seçim mərhələləri (10 saat)
Təlimçi: Fərid Tağıyev

1 İşə Qəbul prosesinə hazırlıq mərhələsi: istedad xəritəsi, işə qəbul strategiyası və korparativ dəyərlər
2 İşə Qəbul strategiyası hazırlarkən turnover hesabatına istinad
3 İşə Qəbul Tuneli (Recruitment Funnel) və onun mərhələləri
4 İşə Qəbul Tunelinin metrikləri
5 Effektiv işə qəbul prosesində planlama və metod formalaşdırma
6 Namizəd mənbəyinin yaradılması, potensialları cəlb edə biləcəyimiz qaynaqlar
7 Effektiv işə qəbul prosesi üçün işəgötürən markası (employer branding)
8 Sosial Media və E-Recruitment qaynaq yaratma metodu kimi
9 “İstedad” və “potensial” anlayışı
10 Namizəd seçimi mərhələsində istifadə olunan alətlər: intelektual və emosional zəka testləri, peşə testləri, şəxsiyyət inventarı testləri - DİSC, 16 PF, dəyərləndirmə mərkəzləri
11 İşə Qəbul müsahibəsinin növləri və onların tətbiq edilmə məqamları
12 Effektiv işə qəbul üçün səriştə əsaslı müsahibə və STAR metodu
13 Dəyərləndirmə prosesində iş ailələrinə əsasən səriştə matriksinin qurulması və tətbiqi
14 Prosesdə iştirak edən namizədlərin dəyərləndirilmə metodları
15 İşə Qəbul Prosesində ERP və onun seçimi
16 İşə Qəbul Prosesində analiz və hesabatlılıq
17 İşə qəbul prosesinin referans araşdırması mərhələsi və yekun dəyərləndirmə mərhələsi
18 İş təklifi mərhələsi və diqqət edilməsi lazım olan nüanslar
19 Prosesə cəlb edilən və uyğun görülməyən namizədlərə geridönüş edilməsi prosesi
20 Stratejik İşə qəbul üçün keçmiş, mövcud və gələcək trendlərin analizi

Modul 4: Adaptasiya (2 saat)
Təlimçi: Fərid Tağıyev

1 Adaptasiya proqramının mahiyyəti, məqsədi və mərhələləri
2 Oryantasiya proqramının təşkil edilmə metodları
3 Sınaq müddətində işçinin dəyərləndirmə metodları və geridönüş edilməsi mərhələsi
4 Adaptasiya sisteminin idarə edilməsində ənənəvi və müasir yanaşmalar
5 Adaptasiya prosesində yekun dəyərləndirmə

Modul 5: Səriştə Əsaslı Xidməti Fəaliyyətin İdarə Edilməsi (6 saat)
Təlimçi: Pərviz Qasımov

1 Missiya, Strateji baxış
2 XFİ Məqsədləri
3 XFİ Mərhələləri
4 İş analizi
5 Xidməti Fəaliyyət necə İdarə Olunmalıdır?
6 SMART hədəflər
7 Hədəflərin ağırlığı
8 Hədəflərin Kaskadı
9 Balanced Score Card
10 Səriştə nədir?
11 Səriştə Modulunun qurulması
12 İnam yaratma səriştəsinin dərəcələndirilməsi
13 Vəzifə üzrə səriştə profilinin hazırlanması
14 Qiymətləndirmə meyyarlarının müəyyən edilməsi
15 XFİ mərhələləri
16 360 dərəcə qiymətləndirmə sisteminin qurulması
17 Səriştə üçün qiymətləndirmə suallarının hazırlanması
18 Performans – Potensial matrisası
19 Forced Distrubution Model Seqmentləşdirmə
20 Qiymətləndirmə nəticələrinin tətbiq edilməsi
21 XFİ & Mükafatlandırma

Modul 6: Karyeranın idarəolunması (4 saat)
Təlimçi: Pərviz Qasımov

1 Karyeranın idarə olunmasının əhəmiyyəti
2 Karyeranın idarəolunmasının digər İR funksionallıqları ilə əlaqəsi
3 Fərdi İnkişaf planlarının hazırlanması
4 İstedadların idarəolunması
5 Performans &Potensial metodu
6 Davamçıların yetişdirilməsi planının idarəolunması
7 Strateji vəzifələrin müəyyənləşdirilməsi
8 Karyeranın idarəolunmasının avtomatlaşdırılması

Modul 7: Təlim və inkişaf (4 saat)
Təlimçi: Pərviz Qasımov

1 “Təlim” və “inkişaf” anlayışları
2 Təlim və inkişafın işçilərin və şirkətin inkişafında rolu
3 Təlim ehtiyaclarının analiz edilməsi
4 Analiz növləri: Təşkilati analiz, əməliyyat analizi, fərdi analiz
5 Analiz metodları
6 Təlim metodları
7 Təlim metodlarının, şirkətlərinin və təlimçilərin seçilməsi
8 Təlim planlarının hazırlanması, həyata keçirilməsi və monitorinqi
9 Təlim effektivliyinin ölçülməsi
10 Kirk Patrick və ROİ analizləri
11 Təlim və inkişafın İnsan Resurslarının digər funksiyaları ilə əlaqəsi
12 Praktiki tapşırıqlar və qrup işləri

Modul 8: Rəqəmsal İR və Rəqəmsal Transformasiya (4 saat)
Təlimçi: Elnur Hüseynov

1 Texnologiya və İR
2 İnsan Resursları İnformasiya Sistemlərinin tətbiqi (İRİS) və rəqəmsal transformasiya
3 Özünə xidmət İR portalı
4 Baza İR əməliyyatlarının avtomatlaşdırılması
5 İşə qəbul prosesinin avtomatlaşdırılması
6 Sosial media və şəbəkə ilə əlaqə
7 Performansın idarə edilməsinin avtomatlaşdırılması
8 E-Qiymətləndirmənin alətləri
9 Böyük Datanın idarə edilməsi, Süni zəka və İR
10 E-Öyrənmə Giriş
11 IR Inkişaf Texnologiyalarının qısa tarixi
12 E-Öyrənmə nəyi əhatə edir?
13 Elektron öyrənmənin dəstəklənməsi məlumatların idarə edilməsi
14 Konseptual Çərçivə
15 Təşkilati kontekst məlumatların ötürülməsi texnologiyaları
16 Tapşırıq və suallar

Modul 9: Məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması (8 saat)
Təlimçi: Rəşad Məhərrəmov

1 Əmək haqqının strateji məqsədləri və əhəmiyyəti
2 Əmək haqqı sistemində inteqrasiya olunmuş yanaşma
3 Əmək haqqı strukturunun formalaşdırılması üçün modellər
4 Əmək haqqı sistemində 3P konsepsiyası və Performans əsaslı əməkhaqı sisteminin qurulması
5 Vəzifə dərəcələndirmə və əsas prinsipləri
6 Vəzifə dərəcələndirmə metodlarının tətbiqi Hay metodu, JET metodu
7 Praktik məşğələlər

Modul 10: Mükafat və motivasiya tədbirləri sisteminin qurulması (2 saat)
Təlimçi: Rəşad Məhərrəmov

1 Motivasiya nəzəriyyələri və prinsipləri
2 Effektiv motivasia sistemi üçün əmək haqqının idarə olunması siyasətinin formalaşdırlması
3 Əmək haqqı artımları üçün strategiyalar
4 Əmək haqqı büdcəsinin formalaşdırılması və proqnozlaşdırılması
5 Praktik məşğələlər

 

Təlimin ödənişi

 

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.

  • Təlim ödənişini hissələrlə ödəmək mümkündür:
    Təlimin ödənişinin 100 manatı qeydiyyatı rəsmiləşdirmək üçün öncədən ödənilir. Qalan ödənişin 1/2 hisəsi təlim başlayan gün, 1/2 hissəsi təlimin 2-ci ayı başlayan gün
  • Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
    1. “Business Management School” MMC-nin digər təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
    2. Korporativ müştərilər üçün: Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.

    Ödənişə daxildir:
    - Praktiki çalışmalar
    - Təlim materialları (Elektron)
    - Sonda keçiriləcək imtahan
    - Çay- kofe fasiləsi
    - Sertifikat

Sertifikat

1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.

Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.