0-dan başlayanlar üçün Marketinq Mütəxəssisi təlimi
Ümumi Məlumat
"Business Management School" MMC "0-dan başlayanlar üçün Marketinq Mütəxəssisi" təliminə qeydiyyatları açıq elan edir.
Əgər siz də marketinq sahəsində karyera qurmaq istəyirsinizsə, lakin bu sahədə heç bir təcrübəniz yoxdursa, bu təlim sizin üçündür.
Təlim kimlər üçündür?
- Marketinq sahəsində fəaliyyətə yeni başlayanlar,
- Karyerasını marketinqdə qurmaq istəyənlər və şirkətlərdə digər strukturlarda çalışıb (satış, istehsal, AR-GE, satınalma, HR və s.) marketinq fəaliyyətini anlamaq istəyənlər.
Bu təlimdə nə üçün iştirak etməlisiniz?
İllər boyu şirkətlərdə marketinq reklam şöbəsi, marketinqçilər isə reklamçı olaraq nəzərə alınırdı. Bu günün rəqabət şərtlərdə bu tendensiya ciddi şəkildə dəyişir.
Marketinq şirkətlərdə mənfəət əldə edilməsi üçün müştəri ehtiyaclarının öyrənilməsi və bu ehtiyacların ödənilməsi üçün düzgün məhsul təklif edilməsini ehtiva edir. Marketinqin ən əsas hədəfi şirkətlərdə mənfəəti təmin edəcək strategiyalar hazırlamaq və fəaliyyətlər icra etməkdir. Bu perstpektivdən baxdıqda Marketinq şirkətlərdə ən önəmli funksiyalardan biridir. Bu səbəbdən Marketinq sahəsində karyera qurmaq istəyənlər, marketiq strukturundakı əməkdaşlar ilə çalışanlar bu funksiyanı çox yaxşı anlamaları və öyrənməlidirlər.
Bu təlimdə marektinqin əsasları, şirkətlərdə yeri, marketinq strategiya hədəfləri, marketinq taktikaları, araşdırmaları haqqında praktiki biliklərə sahib olacaqsınız.
Təlimin Mündəricatı
TƏLİM MÖVZULARI
-Marketinq anlayışı və əsasları
-Marketinqin şirkətdə yeri
-Marketinq məqsədi, strategiyası və taktikaları
-Marketinq mühiti
-Marketinq araşdırmaları və bazarın təyin edilməsi
-Marka, kategoriya və marketinq meneceri xüsusiyyətləri
-Seqmentasiya - Stratejik hədəf seqmentinin seçilməsi
-Marka mövqeləndirməsi
-Marketinq hədəfləri
-Məhsul və məhsul Qərarları
-Marketinq sistemində qiymət qoyma siyasəti
-Satış kanallarının idarə edilməsi
-Marketinq Kommunikasiyaları (ənənəvi/dijital)
-Brending və Brend arxetipləri
-Marketinq Plan hazırlanması
Təlimin ödənişi
Təlim 16 saat davam edir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
- BMS məzunları üçün 10% endirim tətbiq edilir.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (Elektron)
- Sertifikat
- Çay-kofe fasiləsi
Sertifikat: Təlim sonunda keçirilən imtahanda 70%-dən yuxarı nəticə göstərənlər "Müvəffəqiyyət", digərləri isə "İştirakçı" sertifikatı ilə təltif olunur.