İş elanının kodu: 117008    |    Baxış Sayı: 153

Amodo MMC Texnoloq (banan) vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

Tələb olunur:

- Texnoloq (əsasən banan) ixtisası üzrə minimum 5 il iş təcrübəsi olmalı
- Səlis istifadəçi səviyyəsində kompüterdə işləmə bacarığı
- Riyazi məsələləri həll etmə bacarığı
- Məntiqi düşüncə tərzi
- Qramatik cəhətdən düzgün və səlist nitq
- Yeni məlumatları tez qavrama bacarığı və yaxşı yaddaş
- Stres altında işləmə bacarığı
- Komandada işləmə bacarığı
- Azərbaycan dilini əla bilməli, ingilis dili və rus dili arzuolunandır.

İş qrafiki:

- Tam iş günü
- Həftə içi 6 gün
- İstirahət günü - Bazar günü
- Yemək şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: Müsabiqə zamanı razılaşma əsasında.
- Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat
- CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, Tosoil Y/D məntəqəsinin yanı

Maraqlanan namizədlər mövzu hissəsində “Texnoloq” qeyd edərək CV formasını vasif.mammadov@amogroup.az elektron ünvanına göndərə bilər.

İş barədə məlumat:

Vəzifə öhdəlikləri:

- İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkilini;
- Anbarda texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsini;
- Xammala, məhsula, əmək sərfinə qənaətin təşkilini;
- Məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarəti;
- Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasını bilmək;
- Texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlamaq;
- Müəssisənin mallara olan təlabatının müəyyənləşməsində iştirak etmək;
- Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılmaq;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılmaq;
- Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
- Soyuducu Anbara (saxlanca) göndərilmiş meyvələrin (banan) yetişdirilmə (saraltma) hazırlığının müəyyən edilməsi, nəticəyə əsasən saraltma icazəsinin verilməsi;
- Məhsulların çeşid uyğunluğu, texniki göstəriciləri nəzərə alınmaqla saxlanca verilməsi;
- Kameralara məhsulların vaxtında yerləşdirilməsi və nəzarətin təmini;
- Kameraların səmərəli istifadəsinin təşkili və enerji sərfiyyatının azaldılması;
- Soyuducu kameraların təyin edilmiş saxlanc şərtlərinin monitorinqi və məlumatların ötürülməsi;
- Kameralarda yerləşdirilmiş məhsulların vəziyyətinin standartlar çərçivəsində test edilməsi və hesabat hazırlanması;
- Baş vermiş texniki və sistem nasazlıqlarının mühəndis ilə əlaqəli aradan qaldırılması;
- Yetişdirmə (saraltma) prosesində keyfiyyətə nəzarət işinin təşkili və yetişdirmə təlimatının tələblərinin həyata keçirilməsi.
- Məhsul çeşidlərinin texniki göstəriciləri, Məhsul spesifikasiyalarına əsasən soyuducu anbarda saxlama şərtləri;
- Meyvələrdə baş verən xəstəliklər və onların dinamikası haqqında məlumatlılıq;
- Kimyəvi elementlərin meyvələrə təsiri;
- Saxlancda olan məhsulların təyin olunmuş vaxtlarda test edilməsi və hesabat tutulmasına cavabdehdir;
- Qeyri iş vaxtlarında işıq mənbələrinin ayrılmasına və enerji sərfiyyatına cavabdehdir;

600 - 700 AZN
Inci Group of Companies Texnoloq vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
17 Avqust 2023