İş elanının kodu: 117262    |    Baxış Sayı: 220

Kontakt Home Şəbəkə üzrə mühəndis vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

  • Ali təhsil (Texniki təhsil arzu olunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər;
  • Sistemlər və şəbəkə proqramları, hardware və şəbəkə protokolları haqqında biliklər;
  • Müstəqil işləyərkən sürətli qərar qəbul etmək bacarığı.


İş barədə məlumat:

  • Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələlərin koordinasiya edilməsi;
  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi;
  • Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi;
  • Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi;
  • Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi;
  • Şəbəkə sistemlərində baş verəbiləcək problem və dayanmaların prosedurlara əsasən araşdırılması və həll edilməsi;
  • Şəbəkə sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işlərin icra edilməsi;
  • Şəbəkə sistemlərin dəstəklənməsi üzrə monitorinq aparılması;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak edilməsi.


İş şəraiti:

  • İş qrafiki: I-V günləri.


Müraciət et