İş elanının kodu: 117559    |    Baxış Sayı: 207

"Azərbaycan Hava Yolları" QSC Şəbəkə inzibatçılığı qrupunun kiçik mütəxəssisi vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

  • Ali Təhsil;
  • Əlavə kurs və seminarlar;
  • Sahə üzrə minimum 1 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili, Rus dili – arzuolunandır;
  • Kompyuter bilikləri: Excel, Outlook;
  • Digər Cisco Systems;
  • Beynəlxalq sertifikat – CISCO;
  • Komandada işləmək bacarığı;
  • Öz üzərində daima çalışmaq


  • İş şəraiti:

Həftə içi 5 gün 09:00-18:00-dək

İş yeri Heydər Əliyev Beynəlxalq Hava Limanı


İş barədə məlumat:

"Azərbaycan Hava Yolları" QSC İnformasiya Texnologiyaları İdarəsinin İnfrastruktur şöbəsinin Şəbəkə İnzibatçılığı qrupunun kiçik mütəxəssisi


Vəzifə öhdəlikləri:


  • Şəbəkəyə qoşulacaq bütün aktiv avadanlıqların müvafiq təlimatlara və daxili proseduralara uyğun olaraq işlək vəziyyətə gətirilməsi, ilkin yenilənməsi, sazlanması, monitorinqi və s. aidiyyəti işləri icra etmək;
  • Şəbəkənin dizaynı, implementasiyası və sonradan texniki dəstəklənməsində iştirak etmək;
  • Şəbəkə protokolları, portları, avadanlıqları, sistemləri, proqram təminatları haqqında dərin biliyə malik olmaq;
  • Şəbəkədə yaranmış nasazlıqların qısa müddətdə həllinə çalışmaq, həll etdiyi nasazlıqları müvafiq qaydada sənədləşdirmək;
  • Bulud texnologiyaları, Virtual şəbəkələr, Software Defined Networks, Virtual Network Appliance və s. haqqında anlayışlı olmaq;
  • Mümkün olan bütün hallarda şəbəkədə mikroseqmentləşdirmə aparmaq, “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, şəbəkə təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək;
  • Şəbəkə diaqramları və sxemlərini oxuyub başa düşmək, layihələndirmə işlərində iştirak etmək;
  • Şəbəkədə istifadə edilən bütün aktiv avadanlıqların saz, işlək olduğuna və təhlükəsiz konfiqurasiya edildiyinə əmin olmaq;
  • Şəbəkə texnologiyalarında davamlı olaraq yenilikləri və müasir texnologiyaları izləmək, şəbəkənin performansı, təhlükəsizliyini təkmilləşdirəcək təkliflər irəli sürmək;
  • Şəbəkə İnzibatçılığı qrupunun Əsas Keyfiyyət Göstəricilərini (Key Performance İndicators) yaxşılaşdıracaq qərarlar qəbul etmək.
Müraciət et
1500 - 1800 AZN
Innovative Solution Center AZ ŞƏBƏKƏ ADMİN vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
23 Avqust 2023
600 - 800 AZN
Hrcell Şəbəkə dəstəyi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
29 Noyabr 2022