Təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (satınalma)
Lisenziya/ Sertifikat: CİPD/ CİPS üzrə diplom və ya oxşar
Xarici dil: İngilis dili (səlis)
Kompüter bilikləri: Microsoft Office
Məhsul biliyi: tələb olunur.
Bazar biliyi: tələb olunur.
Digər: Liderlik, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
İş barədə məlumat:
İşiniz nədən ibarətdir?
Bankın satınalma/ təchizat zənciri ehtiyaclarının qarşılanmasının təmin edilməsi
Tenderlərin müvafiq prosesə uyğun aparılmasına nəzarət və birbaşa icra
Strateji layihələrin Satınalma tərəfindən iradə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasında dəstək
Düzgün qiymət/ düzgün təchizatçı prinsipinə uyğun bank daxili fəaliyyətinin tənzimlənməsi və icrasına nəzarət
Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrası
Satınalma siyasətinə uyğun olaraq təşkilat daxilində satınalma fəaliyyətinin idarə edilməsi
Satınalmanın planlaşdırılması, hədəfin müəyyənləşdirilməsi prosesi və əlaqədar planlaşdırma
Layihələrin, autsorsinq sövdələşmələrinin, təchizatçı müqavilələrin hazırlanması
Bank daxili mövcud satınalma və əlaqəli proseslərin təkmilləşdirilməsi
Bank tələblərinə uyğunluğun təmin edilməsi üçün kontragent yoxlama və nəzarətlərin həyata keçirilməsi
Satınalma fəaliyyətlərinin sənədləşdirilməsi, müqavilələrin müddətinə nəzarət, təşəbbüskar tərəfindən tələb olunduqda müddətin uzadılması
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar