İş elanının müddəti bitmişdir

Facility Management Group Mexanik operator (gecə növbəsi) vəzifəsi üzrə iş elanı dərc edib. Təklif olunan əmək haqqı minimum 700 AZN təşkil edir.


Namizədə tələblər:

  • Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
  • Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
  • Müvafiq sahə üzrə (mexanik) minimum 1 il təsdiqli iş təcrübəsi;
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
  • Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər;
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

 

 

  • İş qrafiki: 3/3 (20:00-dan - 08:00-dən)

İş barədə məlumat:

  • İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
  • Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası;
  • Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası;
  • Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi;
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
  • İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.
Müraciət et
500 - 600 AZN
Şirkət Mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
02 May 2023
1000 - 1200 AZN
Camal LTD Qida sahəsi üzrə baş mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
28 Aprel 2023
maksimum 800 AZN
"İndi Market" MMC Mexanik / Koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
01 Fevral 2023
750 AZN
Şirkət Avtomexanik vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
18 Oktyabr 2022