İş elanının kodu: 106368    |    Baxış Sayı: 498

AzRose MMC Maliyyə meneceri vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Maliyyə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Beynəlxalq maliyyə standartlarını bilmək;
  • Aidiyyatı sertifikatların olması üstünlüklüdür;
  • MS Office - Excel bilikləri yaxşı səviyyədə.

İş barədə məlumat:

  • Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
  • Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və büdcənin icrasına nəzarət
  • Cəmiyyəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləhətçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir
  • Şirkətin siyasətinə uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir
  • Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir , Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil edir və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar verir;
  • Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil edir, şirkətin ödəmə qabiliyyətinin və likvidliyinin təmin edir
  • Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmamış maddi-texniki ehtiyatların əmələ gəlməsinin və ləğv edilməsinin qarşısının alınmasına, istehsalın gəlirliliyinin artırılmasına, mənfəətin artırılmasına, məhsulların (malların) istehsalı və satış maya dəyərinin azaldılmasına, maliyyə intizamının gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirir
  • Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlığını təmin edir
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirir
  • Müəssisə dirеktоrunа və üçüncü şəхslərə (dirекtоrlаr şurаsınа, invеstоrlаrа, кrеditоrlаrа) idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı

Üstünlüklər:

Nahar təminatı
Müraciət et