Namizədə tələblər: Bacarıq və tələblər: • Beynəlxalq ticarətdə müqavilələrin yazılı və şifahi şərtləri, habelə müqavilələrin bağlanmasının əsas şərtləri və prinsipləri haqqında məlumatlı olmalıdır; • Beynəlxalq logistik əməliyyatların şərtləri (Incoterms), eləcə də idxal və ixrac prosesləri üçün tələb olunan sənəd dövriyyəsi haqqında məlumatlı olmalıdır; • Beynəlxalq ticarətdə istifadə olunan maliyyə alətləri (LC, SLBS, BG, CAD və s.) haqqında məlumatlı olmalıdır; • İxrac prosesinin və korporativ satışların texnikaları, nəzəri və praktiki xüsusiyyətləri haqqında məlumatlı olmalıdır; • Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmək · Müvafiq sahədə bakalavr dərəcəsi və/və ya buna bərabər əldə edilmiş təcrübə və təlimlər · Müvafiq sahədə minimum 2 il iş təcrübəsi · İxrac nəzarəti qanun, qayda və prosedurları üzrə biliklər · Kənd təsərrüfatı sahəsində təcrübə və nəzəri biliklər üstünlükdür. |
|
İş barədə məlumat: Vəzifə öhdəlikləri: · Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, beynəlxalq əlaqələrin qurulması, satış imkanlarının öyrənilməsi; · Beynəlxalq bazarın potensial ixrac istiqamətlərinə bələd olmalı və ona uyğun resurs planlamasının təşkil edilməsi; · Cari ixrac prosesinin vəziyyəti, xarici bazarda məhsulun mövqeyi və digər məlumatları özündə əks etdirən hesabatların hazırlanması və təqdim edilməsi; · Məhsulun xarici bazarda (sərgi, konfrans və digər beynəlxalq platformalarda) tanıdılmasının təmin edilməsi, satışının yüksəldilməsi və bu prosesin nəzarət altında saxlanılması; · Məhsul ixracı ilə bağlı sənədləşmənin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrası; · Məhsulun ixracı zamanı logistik prosesə nəzrət edilməsi; · İxrac prosesi ilə bağlı xarici ölkələrə səfərlərin edilməsi. |
|
Müraciət et | |