İş elanının kodu: 106976    |    Baxış Sayı: 446

AzərPambıq ASK MMC İnformasiya-hesablama mərkəzinin texniki (Helpdesk) vəzifəsi üzrə iş elanı dərc edib. Təklif olunan əmək haqqı 900 - 1100 AZN təşkil edir.


Namizədə tələblər:

Ali təhsil (üstünlük texniki ixtisas);

Müvafiq sahə üzrə minumum 2 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır);

CompTIA A+ sertifikatının olması arzuolunandır;

Windows əməliyyat sistemlərinə dair geniş biliklər və iş təcrübəsi;

Sistem və şəbəkə üzrə ilkin biliklər;

İstifadəçilərə texniki dəstək vermək bacarığı;

MS Office 365 proqramlarına dair biliklər və iş təcrübəsi;

DVR\NVR kamera müşahidə sistemlərinin idarə olunması üzrə biliklər;

Şəbəkə Printerlərlə iş üzrə bilik və iş təcrübəsi;

Ölkədaxili ezamiyyələrə getmək imkanı;

Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar.

İş barədə məlumat:

İstifadəçilərin daxil olan müraciətlərinin icrasının həyata keçirilməsi;

İstifadəçilərə yerində və uzaqdan texniki dəstək göstərilməsi;

Cəmiyyətin kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılmasının təmin edilməsi;

Dizüstü və masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması və yüklənməsini, problemlərin aşkar olunaraq aradan qaldırılmasının təmin edilməsi;

İKT avadanlıqlarının istismaradan sonra təmiri və təkmilləşdirilməsinin həyata keçirilməsi;

Yeni kompüterlərin istismara hazırlanması və proqram təminatları ilə təmin edilməsi;

Təhlükəsizlik kameralarının quraşdırılması və yaranan nasazıqların ilkin diaqnostikası.

Müraciət et
800 - 900 AZN
AzərPambıq ASK MMC GPS operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
19 Sentyabr 2022
600 - 700 AZN
ENGİNET MMC şikayət müraciətlərinin idarəedilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
28 Sentyabr 2022
500 - 600 AZN
Caspian Telecom MMC Fiber-optik istismar üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
27 Sentyabr 2022
600 AZN
Şirkət İnternet qoşulma və srvis üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
23 Sentyabr 2022
SINAM Tətbiq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
22 Sentyabr 2022
600 AZN
Şirkət İnternet qoşulma və servis üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
15 Avqust 2022