İş elanının müddəti bitmişdir

Newcond LLC HVAC Engineer vəzifəsi üzrə iş elanı dərc edib. Təklif olunan əmək haqqı 1200 - 1500 AZN təşkil edir.


Namizədə tələblər:

- Yaş həddi: 25-45, Cinsi:  Kişi
- HVAC sistemləri üzrə layihəçi - mühəndis
- Qazanxana, Çiller, VRF ( VRV ) və havalandırma sistemləri üzrə biliklərin olması 
- Müvafiq ixtisas üzrə təhsilin olması
- Bu sistemlər üzrə ən azı 3 illik iş təcrübəsinin olması
- AutoCAd və Microsoft Office proqramlarında işləməyi bacarmalı
- Rus və İngilis dillərində minimum bilikləri olan və terminləri bilən namizədlərə daha çox üstünlük veriləcək
- Sürücülük vəsiqəsinin olmasına və avtomobil idarəetmə qabiliyyətinə görə əlavə üstünlük veriləcək
- Səliqəli, nizam intizamlı, kollektivlə işləməyi bacaran, tapşırıqları yerinə yetirən, çalışqan, işini sevən olmalı

İş barədə məlumat:

- Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması 
- Avadanlıqların yükünün ( gücünün və  ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
- Obyektlərdə Sifarişçilərlə  texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması, avadanlıqların seçimi
- Vakansiya üzrə uzunmüddətli çalışma şərtilə işçi tələb olunur
- Əmək haqqı:1200-1500 AZN, uğurla və səhvsiz təhvil verilən işlərə görə əlavə bonus hesablanır
- Müsahibənin nəticəsinə əsasən namizədin əmək haqqı daha yüksək ola bilər
- İş qrafiki: Bazar ertəsi -Şənbə saat 9:00 dan 18:00 -a kimi  
- Qeyri iş günləri: Bayram və bazar günləri  

800 - 1500 AZN
AT və S MMC IVK mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
29 Sentyabr 2022