İş elanının müddəti bitmişdir

Aztelekom MMC Hüquqşünas (Gəncə Filalı) vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

  • Ali hüquq təhsili olmalı;
  • Hüquq sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsinə malik olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.


İş barədə məlumat:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Cəmiyyətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək;
  • Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.


Müraciət et
Aztelekom MMC Korporativ Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
20 Sentyabr 2023
Aztelekom MMC Hüquqşünas (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Sumqayıt
14 Sentyabr 2023
Aztelekom MMC Hüquqşünas (Şirvan) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Şirvan
14 Sentyabr 2023
Aztelekom MMC Hüquqşünas (Şamaxı) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Şamaxı
14 Sentyabr 2023
Aztelekom MMC Hüquqşünas (Ağdaş filialı) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Ağdaş
14 Sentyabr 2023
Aztelekom MMC Hüquqşünas (Masallı) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Masallı
14 Sentyabr 2023
900 - 1200 AZN
Giləzi Quşçuluq Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
19 Avqust 2023
Aztelekom MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
17 Avqust 2023
500 - 700 AZN
Small Medium Enterprises Korporativ - hüquqşünas köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
25 Fevral 2023
1000 - 1500 AZN
Alliance tax and finance Hüquqşunas vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
21 Oktyabr 2022