İş elanının kodu: 106933    |    Baxış Sayı: 295

Universal PRO Daxili auditor vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

•          Biznesin idarə edilməsi, Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;

•          Audit sahəsinə aid nəzəri biliklər;

•          Audit üzrə iş təcrübəsi: 2 il (təchizat/satınalma sahəsində olması üstünlükdür);

•          Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;

•          Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;

•          Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;

•          Ezamiyyələrdə iştirak etmək imkanı;

•          Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.

İş barədə məlumat:

•          Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;

•          Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;

•          Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;

•          Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;

•          Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;

•          Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Müraciət et
1000 - 2000 AZN
Nazim 1001 MMC Auditor vəzifəsi üzrə vakansiya elan edir.
Gəncə
12 Sentyabr 2022
Səba ASC Təftiş və Nəzarət şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Xırdalan
08 Sentyabr 2022
3000 - 4000 AZN
Prime Financial Services Auditor vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
07 Sentyabr 2022
1500 - 2000 AZN
Zəhmət Ruzi MMC Baş audit vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
06 Sentyabr 2022
Kontakt Home Daxili audit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
09 Avqust 2022