İş elanının kodu: 103412    |    Baxış Sayı: 218

AzərPambıq ASK MMC Böyük mütəxəssis vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya Riyaziyyat üzrə);
  • Yaxşı səviyyədə MS Office bilikləri (Excel əla səviyyədə);
  • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Maliyyə hesabatlılığı sahəsində minimum 2 il);
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) dair biliklər;
  • Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
  • Beynəlxalq sertifikatlar əlavə üstünlükdür (ACCA, CIMA, CFA, CPA);

İş barədə məlumat:

  • Şirkətin aylıq, rüblük, illik maliyyə hesabatlarının (Mənfəət və ya zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) hazırlanması;
  • Şirkətin aylıq, rüblük, illik idarəetmə hesabatlarının hazırlanması;
  • Maliyyə hesabatlarının analitik təhlilinin həyata keçirilməsi;
  • Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi üçün təkliflərin verilməsi;
  • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflərin verilməsi;
  • Şirkətin maliyyə və mühasibat uçotunun avtomatlaşdırılması prosesində iştirak və ERP sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Şirkətin illik büdcəsinin tərtibi prosesində iştirak və büdcə hazırlanması üçün təqdim olunan məlumatların təhlil edilməsi;
  • Aylıq əsasda büdcə-fakt analizlərinin aparılması və yaranan kənarlaşmaların araşdırılması;
  • Daxili və xarici audit prosesində iştirak və auditorlarla koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.


Müraciət et
1400 - 1800 AZN
"Azərbaycan Sənaye Korporasiyası" ASC Strateji araşdırma və investisiya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
14 İyun 2022
500 - 700 AZN
"Pelican Service"MMC Deklarant vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
06 İyun 2022