İş elanının kodu: 110097    |    Baxış Sayı: 614

AzərPambıq ASK MMC Baş mühasib vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

Mühasibat uçotu, maliyyə və ya , iqtisadiyyat üzrə ali təhsil;

Mühasibatlıq sahəsi üzrə 5 ildən az olmayan iş təcrübəsi;

Baş mühasib kimi 3 ildən az olmayan iş təcrübəsi; (Baş mühasib kimi iş təcrübəsi olmayan namizədlər dəyərləndirilməyəcək)

MS Office və 1C 8.3 ERP proqramlarında mükəmməl işləmək bacarığı;

Vergi və Əmək Məcəlləsi, Mühasibatlıqla bağlı yerli qanunvericiliyə dair müfəssəl biliklər;

Komandada işləmək və komandanı idarə etmək bacarığı;

Emas.sosial.gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı;

Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;

İş barədə məlumat:

Müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyəti dövründə mühasibat uçotunun düzgün təşkilini təmin etmək;

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarətin, operativ məlumatların təqdim edilməsini təmin etmək, habelə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak etmək;

Mühasibatlıq sənədlərinin qorunub saxlanmasını və müəyyən vaxtda arxivə təhvil verilməsini təmin etmək;

Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə müəssisənin mühasibat balansını və digər hesabat sənədlərini tərtib etmək, aidiyyəti orqanlara və təşkilatlara təqdim etmək;

Vergi, DSMF, Statistika və Vahid Muzdlu hesabatlarının hazırlanması və vergi orqanlarına təqdim edilməsini təmin etmək;

Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının cavablandırılmasını təmin etmək;

Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə kreditor və debitorlarla üzləşmələrin aparılması və sənədləşdirilməsini təmin etmək;

Əmlakın, pul vəsaitlərinin, hesablaşmaların və balans maddələri üzrə inventarizasiyanın aparılmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

Mühasibat uçotu və hesabatı işlərini təkmilləşdirilmək, maliyyə, büdcə, ştat və kassa intizamına ciddi riayət edilməsinə nəzarət etmək və riayət etmək;

Müəssisə üzrə əmək haqqı fondunun düzgün xərclənməsini, vəzifə maaşlarının və əlavələrin ştat cədvəlinə uyğun hesablanmasını və ödənilməsini təmin etmək və nəzarət etmək;

Maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək və onların işlərinə nəzarət etmək;

Müəssisə üçün ayrılmış fondların qəbulunu, uçota alınmasını, pul vəsaitlərinin və maddi qiymətlilərin qorunmasını, onların saxlanılması və təyinatı üzrə istifadə edilməsini təmin etmək, həmçinin çatışmazlıq, mənimsəmə halları və digər əsassız xərclərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;

Yerli xəzinədarlıq orqanları ilə aparılmış əməliyyatların üzləşdirilərək yoxlanılmasını, qeydiyyatının müntəzəm aparılmasını və büdcə ilə hesablaşmalara əməl olunmasını təmin etmək;

Müraciət et
1500 - 2000 AZN
EVRO inşaat Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Sumqayıt
15 Noyabr 2023
AzərPambıq ASK MMC Sabirabad PİTM filialında Mühasib vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Sabirabad
23 Oktyabr 2023
AzərPambıq ASK MMC Sabirabad PİTM filialında böyük mühasib vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Sabirabad
16 Oktyabr 2023
AzərPambıq ASK MMC Ağdam PİTM filialında mühasib vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Ağdam
20 Sentyabr 2023
AzərPambıq ASK MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
15 Sentyabr 2023
AzərPambıq ASK MMC Ağcabədi PİEZ filialında mühasib vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Ağcabədi
08 Sentyabr 2023
AzərPambıq ASK MMC Böyük mühasib (əmək haqqı üzrə) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
05 İyun 2023
AzərPambıq ASK MMC Böyük mühasib (vergilər üzrə) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
03 Aprel 2023
AzərPambıq ASK MMC Mühasibat uçotu sektorunda kiçik mühasib vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
17 Mart 2023
500 - 600 AZN
Alliance tax and finance Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
21 Oktyabr 2022