• Müvafiq sahədə Ali təhsil
• Memarlıq sahəsi üzrə minimum 3 il iş təcrübəsi
• AutoCAD, ArchiCAD və 3Ds Max proqramlarından mükəmməl istifadə edə bilmək (digər proqramlardan anlayışın olması arzuolunandır)
• Portfolio mövcudluğu
• Memarlıq layihələri, eskiz, baş plan, işçi layihələrin hazirlanmasi
• İnşaat norma və qaydalarını bilmək
• Tikinti materiallarının, konstruksiyaların, interyer materiallarının növ və xüsusiyyətlərini bilmək
• Ünsiyyətcil, məsuliyyətli olmaq
• Komanda ilə işləməyi bacarmaq
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməs
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
İş barədə məlumat:
• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
• Eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
• İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
• İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
• Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak
• Layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması
• Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məlumatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
• Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək
• Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında yerinə-yetirilməsi və təhvil verilməsi
• İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək, şənbə 09:00-dan 14:00
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş yeri: Yasamal rayonu
• Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.