İş elanının kodu: 103411    |    Baxış Sayı: 303

AzərPambıq ASK MMC Baş aqronom vəzifəsi üzrə iş elanı dərc edib. Təklif olunan əmək haqqı 1800 - 2000 AZN təşkil edir.


Namizədə tələblər:

  • 30-45 yaş həddi
  • Aqronomluq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi ( Pambıq sahəsi üzrə aqronomlar tələb olunur)
  • Azərbaycan və rus dillərinə üstünlük verilir
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
  • MS Excel proqram biliyi;
  • 1 C 8.3 ERP proqramı bilikləri üstünlükdür.
  • Sürücülük vəsiqəsi olmalı
  • Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən
  • Təminatlar:
  • Korporativ nömrə
  • Yanacaq 

İş barədə məlumat:

  • Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
  • İstehsalın iqtisadi səmərəsini və "intensivləşdirmə səviyyəsini yüksəltmək məqsədilə, elmi cəhətdən əsaslandırılmış əkinçilik sistemini işlədiyi təsərrüfatda tətbiq edir.
  • Torpağın məhsuldarlığını artırmaq, təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq, əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin edir.
  • Pambıq bitkilərinin becərilməsini, suvarılmasını, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını, keyfiyyətsiz görülmüş işləri rəsmiləşdirərək, təqsirkarı müəyyənləşdirməklə yenidən görülməsini təmin etmək, zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvü gübrələrin saxlanılmasını və sahələrə verilməsini təşkil edir.
  • Bitkiçilik sahəsində əməyin və texnikanın təhlükəsiz işləməsini, ekoloji mühitin qorunmasını, narkotik bitkilərin becərilməsinə qarşı mübarizəni, habelə müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
  • Birinci dərəcədən aşağı toxum əkilməsinə yol vermir.
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir.
  • İstehsalatda qabaqcıl təcrübəni və elmi nailiyyətləri tətbiq etməklə, hər hektar torpaq sahəsindən daha səmərəli istifadə etmək, əmək məhsuldarlığını yüksəltmək və istehsal xərclərini azaltmaq tədbirlərini həyata keçirir.
  • Kənd təsərrüfatı işlərini optimal müddətdə və yüksək keyfiyyətlə görülməsinə nail olur.
  • Təsərrüfatın ərazisindən düzgün istifadə etmək, torpaqları su və külək eroziyasından qorumaq, meliorasiya, habelə torpaqların məhsuldarlığını yüksəltmək yolu ilə mütərəqqi və intensiv əkinçilik sisteminə, düzgün əkin dövriyyəsinin təşkilinə və yüksək məhsuldarlığa malik kənd təsərrüfatı bitki sortlarının yetişdirilməsinə nail olur.
  • Bütün pambıq tarla işlərinin vaxtında və keyfiyyətli görülməsinə, üzvü və mineral gübrələrdən səmərəli istifadəyə, alaq otları ilə mübarizəyə, bitkilərdə xəstəliklərə və zərərvericilərə qarşı mübarizə işlərində əsaslı tədbirlərin görülməsinə nəzarət edir.
  • Aqrotexniki tədbirlərin təcrübəni əhəmiyyətini və səmərəliliyini artırmaq, yüksək məhsul almaq məqsədilə qabaqcıl təcrübənin nailiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün tədbirlər görülür.
  • Baş mühəndislə birlikdə kənd təsərrüfatı bitkilərinin becərilməsi texnoloji proseslərin kompleks mexanikləşdirilməsini təşkil edir.
  • Baş mexaniklə birgə kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunmasına, yeni texnika alınmasına, ehtiyat hissələrinin hazırlanmasına və təmir işlərinin vaxtında həyata keçirilməsinə, traktor və başqa kənd təsərrüfatı maşınlarından səmərəli istifadə edilməsinə nail olur.
  • Texnoloji xəritələrin və aqrotexniki pasportların tərtibinə rəhbərlik edir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bitki növləri üzrə texnoloji xəritələr hazırlayır və bu işə nəzarət edir. Hər tədbirin nə vaxt, bitki növləri üzrə hansı dövrdə aparılması üzrə tövsiyələr hazırlayır və onların düzgün tətbiq edilməsinə nəzarət etməklə bu işlərə məsuliyyət daşıyır.
  • İstehsalatda əməyin düzgün və elmi təşkilini, işçi qüvvəsindən və texnikadan səmərəli istifadəni, işçilərin ixtisasının artırılmasını həyata keçirir.
  • Əmək intizamını möhkəmləndirir, təsərrüfatın əmlakının oğurlanması və itkisinə qarşı mübarizə tədbirlərini görür.
  • Keyfiyyətsiz görülən işlərin yenidən görülməsini təmin edir. Ona tabe olan işçilərin həvəsləndirilməsi, işdəki nöqsanların aradan qaldırılması, sərkilərdə iştirak etməsi barədə təkliflər verir.
Müraciət et
1500 - 2000 AZN
Bestprod MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
01 İyul 2022
800 - 1000 AZN
imisli co Aqronom vəzifəsi üzrə vakansiya elan edir.
Qobustan
20 May 2022