Azərpambıq ASK MMC-nin Tərtər filialında müfəttiş-tabelçi iş elanı / AzərPambıq ASK MMC 2021 - 2022

İş elanının kodu: 106652    |    Baxış Sayı: 325

AzərPambıq ASK MMC Azərpambıq ASK MMC-nin Tərtər filialında müfəttiş-tabelçi vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

·  ödəniş dərəcəsi 6-cı dərəcədən aşağı olduğu halda iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya orta təhsil və müəyyən edilmiş proqram üzrə xüsusi təlim;

·   6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;

·   Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək bacarığı.

  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat

İş yeri Tərtər rayonunda yerləşdiyinə görə yalnız həmin rayonunda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

İş barədə məlumat:

·        Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;

·        Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün  ESD və ERP sistemlərinə yerləşdirilməsi;

·        Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (Əmas portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;

·        İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;

·         Sadə formada və xüsusi proqram vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi;

·        Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;

·        Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.

Üstünlüklər:

Korporativ nömrə
Müraciət et
1000 - 2000 AZN
Nazim 1001 MMC Auditor vəzifəsi üzrə vakansiya elan edir.
Gəncə
12 Sentyabr 2022
700 - 1000 AZN
Gədəbəy Mineral Suları MMC Audit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
06 Sentyabr 2022
1500 - 2000 AZN
Zəhmət Ruzi MMC Baş audit vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
06 Sentyabr 2022