İş elanının kodu: 116979    |    Baxış Sayı: 124

Şahinoğlu Universal Servis MMC Avtoelektrik vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

• Avtoelektrik peşəsi sahəsində 3 ildən az olmayaraq rəsmi iş təcrübəsi
• İş yeri: Qarabağ
• Yaş həddi: 30 – 45
• Təhsili: Peşə ixtisas təhsili
• Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Komandada işləmək bacarığı
• Təzyiq altında işləmək bacarığı
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur
• Nahar şirkət tərəfindən qarşılanır.
• AR Əmək Məcələsi əsasında sənədləşmə

İş barədə məlumat:

• Avtonəqliyyat vasitələrinin və texnikanın üzərinə zəruri elektrik vasitələrinin cümlədən müxtəlif təyinatlı işıqların, səs, siqnalizasiya və digər qurğularının quraşdırılmasını həyata keçirir.
• Avtonəqliyyat vasitələrinin və texnikanın fəaliyəti zamanı elektrik sistemində yaranmış nasazlıqları aradan qaldırır, sıradan çıxan elektik ehtiyyat hissələrin təmirini və dəyişdirilməsini həyata keçirir.
• Avtonəqliyyat vasitələrinin və texnikanın, texniki baxışının, sınaqlarının və profilaktik təmir cədvəllərinin hazırlanmasında, və onların icra olunmasına iştirak edir və xidmətin texniki hazırlığını təmin edir.
• Avtonəqliyyat vasitələrinin və texnikanın təmiri zamanı tələb olunan elektrik ehtiyyat hissələrin alınması üçün sifarişlər hazırlayır.
• Avtonəqliyyat vasitələrinin və texnikanın vaxtı-vaxtında və keyfiyyətli təmirini, dayanılıqlı işləməsini, təmir işlərinə sərf olunan materialların səmərəli istifardə olunmasını təmin edir.
• Təmir işləri zamanı əməyin mühafizəsivə texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin edir.
• İş zamanı ərazidə həyat və texnika üçün təhlükə yaranarsa işi dərhal dayandırılmalı və özünü və ona həvalə olunmuş texnikanı ərazidən dərhal uzaqlaşdırmalı və bu haqda rəhbərliyə  məlumat verməlidir.
• Hər hansı  bir neqativ və ya pozuntu halları aşkar olunduqda dər hal rəhbərliyə və ya ximət rəisinə xəbər verməlidir və nə etməsi barədə rəhbərlikdən və ya xidmət rəisindən tapşırıq almalıdır.