İş elanının kodu: 104431    |    Baxış Sayı: 222

"Bizim Market" MMC Aşpaz vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
  • Milli mətbəx yeməklərini hazırlamağı bacarmalı;
  • Aşpaz kimi 1- 3 il iş təcrübəsi;
  • 40-50 nəfər işçi heyəti üçün yemək hazırlamağı bacarmalı;
  • Mətbəx daxili qaydalara riayət etməli;
  • Səliqəli və məsuliyyətli olmalı;
  • Etik davranış qaydalarına sahib olmalı;
  • Komandada işləmək bacarığı;

İş barədə məlumat:

  • Mətbəxin idarə edilməsi və təmizliyə nəzarət;
  • Gün ərzində bir dəfə olmaqla, şirkət işçiləri üçün nahar yeməyi hazırlamaq;
  • Mətbəxdə hər zaman çayın hazır olmasını təşkil etmək;
  • Alınacaq ərzaqların siyahısını tərtib etmək, almaq və hesabatını tərtib etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və işçilərə paylanılmasını təmin etmək;
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
  • Mətbəxdəki avadanlıqların daim işlək vəziyyətdə və təmiz saxlanılmasına nəzarət etmək;
  • Texniki təhlükəsizlik qaydalarına hər zaman riayət etmək və təhlükə yarada biləcək hallar barədə dərhal mağaza müdiriyyətinə məlumat vermək; 
  • Vəzifəsinin icrası ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.


İş şəraiti:


  • 6 günlük iş qrafiki;
  • Şirkət hesabına nahar;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Karyera yüksəliş imkanı.
Müraciət et
600 - 800 AZN
Şirkət Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
Bakı
19 İyul 2022
The Crescent Beach Hotel Baş Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
12 İyul 2022