İş elanının kodu: 114726    |    Baxış Sayı: 1405

Kontakt Home Anbar müdiri (Gəncə) vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


Namizədə tələblər:

Tələblər:


  • Ali (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
  • Anbar əməliyyatları və idarəetməsi üzrə nəzəri və praktiki biliklər;
  • Heyətin idarə olunması üzrə nəzəri və praktiki biliklər;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Səlis formada yazılı və şifahi azərbaycan dili, rus dili arzu olunandır;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri;
  • Analitik düşünmə, təhliletmə qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik;
  • Komanda ilə işləmə bacarığı;
  • Sərbəst qərar vermə bacarığı;
  • İdarəçilik və liderlik bacarıqları:
  • Əməyin təşkili və qanunvericilik bilikləri.

İş barədə məlumat:

Vəzifə öhdəlikləri:


  • Anbarda çalışan heyətin idarə edilməsi, onların fəaliyyətlərinin istiqamətləndirilməsi, əlaqələndirilməsi və gündəlik iş bölgüsünün həyata keçirilməsi;
  • İş prosesinin əhatə etdiyi bütün sahələr üzrə tapşırıqların yerinə yetirilməsi üçün göstərişlərin verilməsi və nəzarətdə saxlanılması;
  • İş şəraitinin yaxşılaşdırılması, mövcud resurslar daxilində məhsuldarlığın artırılması və iş prosesinin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
  • İşində fərqlənən əməkdaşların həvəsləndirilməsi, eləcə də intizam qaydalarını pozanlar üçün cəza tədbirləri haqda təkliflərin verilməsi;
  • Anbar ərazisində təhlükəsizlik və intizam qaydalarına riayət olunması, habelə əməkdaşların təlimatlandırılması işinin təşkil edilməsi;
  • İşə yeni cəlb olunan əməkdaşların təlimatlandırılması və adaptasiyası işinin təşkil edilməsi.
  • Mal-material, inventar və digər qiymətli əşyaların anbara qəbulu, onların təhlükəsiz saxlanması, buraxılması, yenidən geri qəbul edilməsi və anbar sahəsindən səmərəli istifadə etməklə düzgün yerləşdirilməsinin təmin edilməsi;
  • Gündəlik olaraq sifarişlərin anbardan çıxışı və anbara daxil olan yüklərin qəbul qrafikinin tərtib edilməsi;
  • Anbarın bütün sahələrində təhlükəsizlik qaydaları tələblərinə riayət etməklə yükləmə-boşaltma işlərinin vaxtında və operativ həyata keçirilməsinə nəzarətin edilməsi;
  • Anbarın fasiləsiz və qüsursuz iş rejimini təmin etmək üçün işçi qüvvəsi, avadanlıq, habelə əlavə qurğu ehtiyaclarını müəyyən edib, qabaqlayıcı tədbirlərin görülməsi;
  • Anbarın fəaliyyətinə dair dövrü hesabatların hazırlanması;
  • Dövrü olaraq anbar qalıqlarının sayılması, uyğunsuzluqların araşdırılması və problemlərin həlli istiqamətində işlərin görülməsi;
  • Dövrü olaraq inventarlaşmanın aparılması;
  • Saxlanc sahələrində, iş və texniki otaqlarda, eləcə də əlavə tikililərdə təmizliyə riayət olunmasının təmin edilməsi;
  • Digər struktur şöbə və bölmələrlə koordinasiyalı işin təşkil edilməsi;
  • Əməliyyatların prosedur üzrə yerinə yetirilməsinə nəzarət və sənəd dövriyyəsinin düzgün təşkili. O cümlədən, sənədlərin arxivləşdirilməsinin təşkil edilməsi;
  • Rəhbərliyin tələbi ilə işə aid digər tapşırıqların icra olunması.


İş şəraiti:

  • İş günləri: I-VI günlər.


Müraciət et
Kontakt Home Mağaza müdiri (Göyçay/Kosmetika və baxım) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Göyçay
14 Sentyabr 2023
Kontakt Home Mağaza müdiri (Lənkəran/Kosmetika və baxım) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Lənkəran
07 Sentyabr 2023
Kontakt Home Müştəri xidmətlərinin idarə edilməsi departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
05 İyun 2023
Kontakt Home Mağaza idarəedilməsi üzrə icraçı vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
11 Aprel 2023
Kontakt Home Mağaza rəhbəri (Şamaxı) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Şamaxı
29 Mart 2023
Kontakt Home Mağaza rəhbəri (Salyan) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Salyan
29 Mart 2023
Kontakt Home Mağaza direktoru (Xaçmaz) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Xaçmaz
02 Fevral 2023
Kontakt Home Mağaza direktoru (Şəmkir) vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Şəmkir
02 Noyabr 2022
Kontakt Home Adminstrator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.Əmək haqqı müsahibə əsasında təyin olunur.
Bakı
28 Oktyabr 2022
500 - 800 AZN
Kontakt Home İcraçı (Gəncə) vəzifəsi üzrə vakansiya elan edir.
Gəncə
27 Oktyabr 2022