Yığım üzrə mütəxəssis peşəsi üzrə iş elanı 2020 / 2021

İş elanının kodu: 88159    |    Baxış Sayı: 65

Optimal electronics llc Yığım üzrə mütəxəssis vəzifəsi üzrə iş elanı dərc edib. Əmək haqqı müsahibə əsasında təyin olunur.


İş barədə məlumat:

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Yığım üzrə mütəxəssis

Tələblər:

• Təhsil: Ali;
• Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
• Kreditin yığımı, icra üzrə minimum 1 il təcrübəyə malik olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.

Əsas vəzifələr:

• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması məqsədilə kreditə məhsul götürmüş şəxslərlə danışıqların aparılması;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə kreditə məhsul götürən şəxslərlə görüşlərin təşkil edilməsi;
• Müştəri tərəfindən edilən ödənişlərə nəzarətin həyata keçirilməsi:
• Məhkəmə qətnamələrinin icrasını izləmək və lazımi sənədləri Ədliyyə Nazirliyinin aidiyyatı orqanlarına (idarə və şöbələrinə) təqdim etmək.
• Borcların ödənilməsinə dair hesabatların hazırlanması.

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Bilik və bacarığınıza əmək haqqı+ bonus;

Müraciət etmək üçün aşağıdakı linkə müraciət edə bilərsiniz:

https://jobs.talhunt.az/optimal/533-yigim+uzre+mutexessis” href=”https://jobs.talhunt.az/optimal/533-yigim+uzre+mutexessis”>https://jobs.talhunt.az/optimal/533-yigim+uzre+mutexessis

Satış

“Bonus Market” MMC Meyvə satışı üzrə kurator (FMCG-Marketlər üzrə) vakansiyasını açıq elan edir. TƏLƏBLƏR: • İş təcrübəsi 3 il ( Meyve sahəsində minumu 5 il təcrübə );• Yaş 25 – 40;• Ali təhsil;• Meyvə-Tərəvəz sektorunda ən az 5 il iş təcrübəsi olmalı;• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;• Satış texnikası və prinsiplərini bilmək;• Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını ...

Bakı
10 İyun 2021
Satış

“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir. Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsiniz...

Bakı
09 İyun 2021
Satış

• Meyvə,tərəvəz və ət məhsulları (dana,quzu, kənd quşları) tədarükü sahəsində təcübəsi olmalı • Meyvə və tərəvəz bazarı barədə məlumatlı olmaq • İstehsalatdan gələn tələbləri analiz edə bilmək və müvafiq tədarükçülərin tapılması • Lazım olduqda bölgələrə ezam getməli• Göstərilən vəzifə üzrə minimum 2 il təcrübə, • Natamam ali təhsil (bakalavr) • Satınalma prinsiplərini bilməli, • Sürücülük vəsiqəsi - C kateqoriya • Analitik düşünmə və problemləri həll etmə bacarığı.

Bakı
03 İyun 2021
Satış

“Horizon Consulting & Support Services” şirkəti maliyyə, mühasibatlıq, vergi, gömrük və qida təhlükəsizliyi sahəsində fiziki və hüquqi şəxslərə peşəkar məsləhət və dəstək xidmətləri göstərir. Vəzifə: Telesatış operatoru İş qrafiki: 10:00-18:00 / Bazar ertəsi – Cümə Vəzifə öhdəlikləri: - Satış həcminin artırılması üçün şirkətin göstərdiyi xidmətlərlə bağlı telefon vasitəsilə müştərilərə məlumat vermək;- Müştərilərdən gələn sorğuları operativ və dolğun şəkildə cavabl...

Bakı
25 May 2021
Satış

“Azerbaijan Fish Farm” LLC Departament: Kommersiya, Pərakəndə satış şöbəsi Vəzifə: Pərakəndə satışın təhlili üzrə mütəxəssis Rolun məqsədi: Satış tendensiyalarını proqnozlaşdırmaq və təhlil etmək. Vəzifə təllimatları: • Satış tendensiyalarını proqnozlaşdırmaq üçün zamana uyğun (həftəlik, aylıq, rüblük, illik) məlumatları toplamaq və təhlil etmək;• Mütəmadi olaraq idarəetmə komandası ilə əlaqə qurmaq;• Satış məlumatlarını nəzərdən keçirərək məhsuldarlığın trend meylləri...

Bakı
25 May 2021
300 - 350 AZN
Satış

Parfumeriya üzrə işçi xanım tələb olunur. Parfumeriya bölməsinə baxacaq. İş təcrübəsi lazım deyil. İş mağaza tərəfindən öyrədiləcək. Yeməklə təmin edilmə də var. Forma veriləcək və əlavə olaraq yol pulu da hesablanacaq. Bakı və ya rayon qeydiyyatında olmağı önəm daşımır. Əsasən xoş, gülərüz namizədə üstünlük veriləcək. İşi tez öyrənən, işləmək həvəsi olanlara maaşda premya hesablanır. Yaş aralığı 18-30olaraq nəzərdə tutulub. Müraciət üçün həftə içi əlaqə saxlaya bilərsi...

Bakı
27 Aprel 2021
300 - 400 AZN
Satış

• Müştərini qarşılamaq və seçimdə köməklik göstərmək; • Satışı həyata keçirmək; • Sifariş qeydlərini tutmaq; • Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək. • Çay və yemək verilir; • Əmək haqqı kartla; • istirahət günü verilir; • iş mağazada olan rəfləri səliqəyə salmaqdan ibarətdir, məsuliyyəti az olan işdir; • İş qrafiki: 9saat; • AR Əmək məcəlləsinə uyğun sənədləşmə. • Təhsil-Orta təhsil (Ali təhsil üstünlükdür); • Yaş həddi: 18-35; • Dil bilikl...

Bakı
01 Aprel 2021