Sosial təhlükəsizlik məsələləri üzrə mütəxəssis

14 Noyabr 2016

Sosial təhlükəsizlik məsələləri üzrə mütəxəssis ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi
Şəhər Bakı
Kateqoriya: Mühafizə, təhlükəsizlik, polis
E-mail:

İş barədə məlumat:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində sosial təhlükəsizlik məsələləri üzrə mütəxəssis vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİR

Namizəd aşağıdakı tələblərə cavab verməlidir:

• Sosial elmlər, sosiologiya, sosial iş və ya digər əlaqədar sahədə ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Layihələrdə sosial dayanıqlılıq, gender həssaslığı, həssas qrupların sosial inteqrasiyası, maraqlı tərəflərlə məsləhətləşmə, vətəndaşların iştirakı və şikayətlərə baxılması və onların həll edilməsi sahəsində iş təcrübəsi;
• Sosial təhlilin hazırlanması və aparılması, o cümlədən keyfiyyət üzrə tədqiqat metodologiyaları sahəsində geniş təcrübə;
• Beynəlxalq maliyyə qurumlarının sosial təhlükəsizlik siyasəti və layihənin sosial təhlükəsizlik tələblərinə cavab verməsinin təmin olunması sahəsində təcrübə;
• Milli sosial qanunvericiliyi yaxşı bilmək;
• Azərbaycan dilini mükəmməl, ingilis dilini sərbəst bilmək, o cümlədən ingilis dilində hesabat hazrırlamaq bacarıqlarına malik olmaq; və
• Kompüter biliklərinə malik olmaq.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: j**************[email protected]****.com

Maraqların ifadəsi üzrə bildiriş  D/28.0-MX. Sənədlər cari ilin dekabr ayının 2-i saat 18:00-dək qəbul edilir.

Açar sözlər:

#sosial   #xidmətləri   #ədliyyə   #mütərəqqi   #təhlükəsizlik   #infrastrukturu   #layihəsi   #müasir   #və   #məhkəmə   #mütəxəssis   #məsələləri   #üzrə  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

Office manager

Office manager

ə/h qeyd olunmayıb
Başqa
Ceo assistant

Ceo assistant

ə/h qeyd olunmayıb
Başqa