Qaynaqçı

19 İyun 2019

Qaynaqçı 700 - 1000 AZN

Əmək haqqı: 700 - 1000 AZN
Yaş: 23-55 yaş
Təhsil: Orta
İş təcrübəsi: 3 il
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Bakı Gəmiqayırma Zavodu MMC
Əlaqədar şəxs: HR
Şəhər Bakı
Kateqoriya: Sənaye, istehsal
E-mail:
Telefon nömrəsi:

Namizədə tələblər:

-  Sahə ilə bağlı  qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı
- Elektrik qaynağı, qazla qaynaq və yarımavtomatların quruluşlarını və iş mexanizmlərini bilməli
- Dəyişən və sabit cərəyanla qaynağın və elektrik qövsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini bilməli və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçməli
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
- Ağır sənayedə metal qaynağı sahəsində 3 illik iş təcrübəsi
- Kollektivdə işləmə bacarığı

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına CV göndərə bilərlər.
CV göndərən şəxslər mövzu yerində müraciət edilən vəzifənin adını göstərməlidirlər.

İş barədə məlumat:

- Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən metal qaynağı işlərini həyata keçirmək
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamaq
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat zavod tərəfindən təmin edilir
- Əlavə iş vaxtında və növbəli iş rejimində işləmək imkanı olmalı
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək

Açar sözlər:

#mmc   #gəmiqayırma   #bakı   #zavodu   #qaynaqçı  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

Copywriter

Copywriter

ə/h qeyd olunmayıb
Başqa