Müştəri xidmətləri üzrə mütəxəssis

11 İyul 2019

Müştəri xidmətləri üzrə mütəxəssis ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Dərs evi
Şəhər Bakı
Kateqoriya: Başqa
E-mail:

İş barədə məlumat:

Vəzifə: Müştəri xidmətləri üzrə mütəxəssis

Yerləşmə: Bakı, Azərbaycan

Tələblərimiz:

• Ali təhsil;
• Müştəri xidmətləri, çağrı mərkəzi və ya təhsil sahəsində müştərilərlə yaxın ünsiyyətdə olmaqla oxşar vəzifələrdə ən azı 2 il iş təcrübəsi;
• Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
• Problemləri həll etmə bacarığı. çətin vəziyyətlərdə əminlik, səbr, nəzakət göstərməklə danışıqlar aparmaq bacarığı;
• Azərbaycan və rus dillərini mükəmməl bilmə;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə bilik;
• Analitik və səmərəli düşüncə;
• Komandada, həmçinin fərdi qaydada işləmək bacarığı;
• Müştərinin tələblərini dəqiqliklə anlamaq məqsədilə dinləmək bacarığı;
• Müştəri xidmətləri siyasətinin inkişaf etdirilməsi məqsədilə təşkilati və planlaşdırma bacarıqları.

Əsas öhdəliklər:

• Müştərilərlə vaxtı-vaxtında üz-üzə, elektron poçt, telefon zəngləri vasitəsi ilə ünsiyyət yaratmaq və müştərilərin sorğularını (iradlarını, şikayətlərini və ya təkliflərini) idarə etmək. Onlar üzrə üzərinə öhdəlik götürmək – dinləmək və problemlərin həll edilməsini izləmək (müvafiq şəxslərin cəlb edilməsi və müştərilərə cavabların vaxtında verilməsi);
• Müvafiq alətlər (elektron və ya kağız şəklində məktublar, sms-məktublar, telefon zəngləri və s.) vasitəsilə kursa qəbul edilmiş şagirdlərin irəliləyişi (davamiyyət, akademik irəliləyiş və davranış) haqqında müştəriləri (valideynləri) mütəmadi olaraq xəbərdar etmək. Tələb olunan hesabat formasının Məhsul və Tədris Departamentinin müvafiq məlumatlarına uyğun olmasını təmin etmək;
• Müvafiq intizam məsələlərində (məs. kursda təhsil alan şagirdlər dərsə gecikdikləri və ya dərsdə iştirak etmədikləri və s. hallarda) bu barədə valideynləri xəbərdar etmək;
• Problemli məsələlərin həlli məqsədilə mütəmadi olaraq müştərilərlə (şagirdlərlə və ya valideynlərlə) ünsiyyətdə olmaq və menecment və ya müəllimlər tərəfindən verilən təkliflərlə bölüşmək;
• Kursda təhsil alan şagirdləri diqqət mərkəzində saxlamaq və onların davranışının intizam qaydalarına müvafiq olmasına nəzarət etmək. Hər hansı qayda pozuntusu müşahidə edilərsə, razılaşdırılmış addımlar üzrə hərəkət etmək. Səbəbləri təhlil etmək, gələcəkdə oxşar problemlərlə üzləşməmək məqsədilə təkliflər irəli sürmək;
• Müştərilərin məmnunluğunun ölçülməsi üsullarını tapmaq. Məhsullar və xidmətlər haqqında müştərilərdən (valideynlərdən və şagirdlərdən) rəsmi və qeyri-rəsmi rəylər toplamaq;
• Müqaviləyə xitam vermə səbəblərinin müntəzəm qaydada (aylıq) təhlilini aparmaq. Ümumi statistikanın təhlili və təhlil üzrə hesabatla bölüşmək;
• Müştərilərin rəyləri haqqında menecmenti (və ya digər müvafiq şəxsləri) mütəmadi olaraq xəbərdar etmək və təhlil/hesabat formalarını (müqaviləyə xitam vermənin səbəbləri, müştərilərin məmnunluğunun və ya narazılıqlarının səbəbləri) hazırlamaq;
• Müştəri xidmətlərini təkmilləşdirmək, müştərilərin marağını artırmaq, təşkilat daxilində dəyişikliklərin edilməsi üzrə təkliflər irəli sürmək və üzvi artımı sürətləndirmək;
• Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması prosesində köməklik göstərmək və onları tətbiq etmək. Xidmətin prosedurlarını, siyasətini və standartlarını inkişaf etdirmək;
• Düzgün qeydlər aparmaq və müştəri xidmətləri üzrə fəaliyyəti və müzakirələri sənədləşdirmək;
• Prosesləri öyrənməklə, qiymətləndirməklə və yenidən işləyib hazırlamaqla müştəri xidmətlərinin keyfiyyətini təkmilləşdirmək; xidmət göstəricilərini müəyyən etmək; nəticələrin monitorinqini və təhlilini həyata keçirmək, dəyişiklikləri tətbiq etmək;
• Gələcəkdə istifadə edilə bilməsi məqsədilə müştərilərlə gündəlik yazışmalar üzrə sənədləşmə və hesabatları hazırlamaq.

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Mövzu” hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə t****[email protected]******.az" href="mailto:t****[email protected]******.az">t****[email protected]******.az elektron poçt ünvanına göndərəsiniz.

Son tarix – 11 avqust 2019-cu il.

Açar sözlər:

#mütəxəssis   #müştəri   #dərs   #evi   #üzrə   #xidmətləri  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

It specialist

It specialist

ə/h qeyd olunmayıb
Başqa
Reception

Reception

ə/h qeyd olunmayıb
Başqa