Məhkəmə oqranları ilə iş şöbəsinə - hüquqşünas

22 Dekabr 2016

Məhkəmə oqranları ilə iş şöbəsinə - hüquqşünas ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Dəmirbank asc
Şəhər Bakı
Kateqoriya: Hüquqşünaslıq
E-mail:

İş barədə məlumat:

DəmirBank ASC Məhkəmə və İcra Orqanları ilə İş Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankın mənafeyini müvafiq dövlət orqanlarında qorumaq və müdafiə etmək;
• Problemli kreditlər üzrə məhkəmələrə iddialar və banka qarşı qaldırılmış iddialara etiraz məktubları hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı  təmsil etmək;
• Problemli kreditlərin məhkəmədənkənar həlli üzrə müvafiq tədbirlər görmək, problemli kredit müştəriləri ilə əlaqə saxlamaq, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;
• Kreditlərin  qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 26 dekabr 2016-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhkəmə oqranları ilə iş şöbəsinə - hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Açar sözlər:

#ilə   #asc   #şöbəsinə   #hüquqşünas   #oqranları   #məhkəmə   #iş   #dəmirbank  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

Operator

Operator

200 - 300 AZN
Satış