Kredit üzrə arxa ofis mütəxəssisi (yevlax filialı)

20 Aprel 2018

Kredit üzrə arxa ofis mütəxəssisi (yevlax filialı) ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Bank respublika asc
Şəhər Bakı
Kateqoriya: Başqa
E-mail:

İş barədə məlumat:

“Bank Respublika” ASC Yevlax filialına “Kredit üzrə arxa ofis mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bank proqramında CIF (Customer Information File) və hesab açmaq;
• Kredit, qarantiya və akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
• Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən məlumat almaq;
• Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək; 
• Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;
• Məhkəməyə ötürülməsi üçün kredit qovluqlarını hazırlamaq;
• Kredit qovluqlarını arxivə təhvil vermək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Yevlax filialı/Kredit üzrə arxa ofis mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Açar sözlər:

#kredit   #arxa   #ofis   #asc   #mütəxəssisi   #bank   #yevlax   #respublika   #üzrə   #filialı  

Oxşar vakansiyalar

Yeni vakansiyalar