Korporativ satış üzrə təcrübə proqramı

01 İyun 2018

Korporativ satış üzrə təcrübə proqramı ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Optimal elektronika mmc
Şəhər Bakı
Kateqoriya: Başqa
E-mail:

İş barədə məlumat:

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. 
"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

"Optimal Elektronika" MMC  Korporativ Satış üzrə   Təcrübə  Proqramını açıq elan edir.

Tələblər:

 Ali təhsil müəssissini yeni bitirməlidir.
 Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı olmalıdır; Rus və ingilis dillərini bilmək üstünlükdür.
 İnkişafa meylli olmalıdır;
 Microsoft Office proqramlarını yaxşı bilməlidir.

Biz Sizə təklif edirik;

 Karyera inkişafı;
 Əmək  Məcəlləsinə əsasən rəsmiləşmə;
 5 günlük iş rejimi;
 Şirkət hesabına nahar;
 Ödənişli təcrübə proqramından faydalanma imkanı.

Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Korporativ Satış üzrə Təcrübə Proqramı” qeyd etməklə,   r*********[email protected]******.az ünvanına göndərə bilərlər.
Son tarix:. 20.06.2018

Açar sözlər:

#təcrübə   #proqramı   #korporativ   #üzrə   #mmc   #optimal   #elektronika   #satış  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

Operator

Operator

200 - 300 AZN
Satış
Auditor

Auditor

ə/h qeyd olunmayıb
Başqa
Mühasib

Mühasib

ə/h qeyd olunmayıb
Başqa
Aşpaz

Aşpaz

ə/h qeyd olunmayıb
Başqa